Aparıcı İsmayıllı yolundakı bərbad vəziyyətdən yazdı

Aparıcı İsmayıllı yolundakı bərbad vəziyyətdən yazdı

CƏMİYYƏT

Bugün, 12:22

Aparıcı İlkin Həsəni İsmayıllı yolunda baş verən qəzalarla bağlı paylaşım edib.

Mia.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı yolun təmir olunmasını müsbət qiymətləndirsə də, təmir müddətində müvəqqəti xətlənmənin olmamasının ciddi risk yaratdığını vurğulayıb.

“Son zamanlar İsmayıllı yolunda olan qəzalar haqqında yəqin ki, siz də eşidirsiniz. Yol təmir olunur, əla. Amma təmir müddətində müvəqqəti xətlənmənin olmaması "müvəqqəti problem" deyil, birbaşa risk deməkdir. Yol bir ildən sonra əla olacaq, bəs bu bir ildə neçə qəza olacaq? Müvəqqəti işarələmə də layihənin bir parçasıdır!” deyə, aparıcı qeyd edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR