Prezident İlham Əliyev Şavkat Mirziyoyevə məktub göndərdi - MƏTN
GÜNDƏM
Bugün, 13:18
Prezident İlham Əliyev özbək həmkarı Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib.
Mia.az xəbər verir ki, təbrikdə deyilir:
"Əziz Qardaşım,
Əlamətdar ildönümü - Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Müstəqilliyini qazandıqdan ötən dövr ərzində qardaş Özbəkistan hərtərəfli və dinamik inkişaf yolu keçərək böyük uğurlara imza atmış, beynəlxalq aləmdə və regionda yüksək nüfuz və hörmət qazanmışdır. Sizin müdrik rəhbərliyiniz və strateji baxışınız sayəsində ölkənizdə bütün sahələrdə genişmiqyaslı islahatlar və quruculuq işləri müvəffəqiyyətlə həyata keçirilmiş, iqtisadi tərəqqiyə nail olunmuş, əhalinin sosial rifahı təmin edilmişdir.
Özbəkistanın qarşıya qoyduğu məqsəd və hədəflərə çatmasında, qazandığı bütün nailiyyətlərin təməlində Sizin yorulmaz əməyiniz və qətiyyətlə apardığınız dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qardaş ölkə və müttəfiq olaraq Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edir, bundan qürur duyuruq. Hər dəfə bənzərsiz və qonaqpərvər ölkənizə səfər edərkən Özbəkistanın əldə etdiyi mühüm nailiyyətlərin əyani şəkildə şahidi oluram. Bu yaxınlarda qardaş ölkəyə həyata keçirdiyim dövlət səfərini və Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Ortaq tarixi-mədəni tellər, sarsılmaz dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri bu gün özünün ən yüksək zirvəsində yer alıb. Özbəkistanla ikitərəfli əlaqələrimizin bundan sonra da hərtərəfli inkişaf etdirilməsi və dərinləşdirilməsi bizim üçün prioritet məsələlərdən biridir. Şadam ki, birgə səylərimiz nəticəsində dövlətlərarası əlaqələrimiz və müttəfiqliyimiz gündən-günə daha da möhkəmlənir, çoxşaxəli əməkdaşlığımız yeni praktiki məzmunla zənginləşir.
Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Özbəkistan birliyini qoruyub saxlamaq, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək, müttəfiqliyimizi daim gücləndirmək yolunda üzərimizə düşən şərəfli missiyanı bundan sonra da birgə səylərimizlə uğurla yerinə yetirməyə davam edəcəyik.
Hörmətli Şavkat Miromonoviç,
Bu tarixi gündə Sizin və qardaş Özbəkistan xalqının sevincinə qoşulur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Özbəkistan Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıram".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer...
Bugün, 15:05 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə məktub göndərdi - MƏTN
Bugün, 13:18 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:34 CƏMİYYƏT
-
Azərbaycan bahalaşıb
Bugün, 11:03 İQTİSADİYYAT
-
Bu universitetlər təhsil haqqını qaldırıb - SİYAHI
Bugün, 10:55 CƏMİYYƏT
-
Mərkəzi Bankın 10 baş direktorundan biri vəzifədən azad edildi - FOTO
Bugün, 10:45 İQTİSADİYYAT
-
Bakıda küçənin ortasında adamı döyüb, pul və telefonunu apardılar
Bugün, 10:19 KRİMİNAL
-
İTV-nin 21 yaşı tamam oldu
Bugün, 09:25 PRESS
-
Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI
Bugün, 09:07 GÜNDƏM
-
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu edildi - VİDEO
Bugün, 00:36 GÜNDƏM
-
DİM sədrindən 600-dən çox bal toplayan, lakin qəbul oluna bilməyənlərə şad xəbər: "IV ixtisas qrupu üzrə..."
Bugün, 00:34 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 CƏMİYYƏT
-
Cengiz Ünder "Fənərbağça"dan ayrıldı
28.08.2026, 22:02 İDMAN
-
Türkiyənin daha bir bölgəsində güclü meşə yanğını başlayıb - FOTOLAR
28.08.2026, 21:51 GÜNDƏM
-
Prezidentin Gəncəyə böyük diqqəti və Niyazi Bayramovun şəhər rəhbəri kimi fəaliyyət yolu... - Kafedra müdiri yazır
28.08.2026, 21:29 CƏMİYYƏT
-
MİSTİK ÇAĞIRIŞ VƏ TARİXİ GENOFONDUN OYANIŞI: “Çingiz xanın əsgəri" və Dəmir Yumruq (Hekayə)
28.08.2026, 21:07 YAZARLAR
-
Özgür Özəl "Kılıçdaroğlu baba nə edir?" sualına elə cavab verdi ki...
28.08.2026, 18:10 SİYASƏT
-
Qənirə Paşayevanın qardaşı yüksək vəzifəyə təyin olundu
28.08.2026, 18:01 CƏMİYYƏT
-
Bakıda və İmişli rayonu ərazisində yaşıllıqlara zərər vurublar
28.08.2026, 17:49 CƏMİYYƏT
-
"Qalatasaray" 39 milyon avroluq təklifə "yox" dedi
28.08.2026, 17:26 İDMAN
-
Jurnalist Sabunçudakı 22 minlik rüşvət faktından yazdı: "İcra başçısının da iştirak etdiyi söhbətlər aylarla..." - Kimlər rüşvəti aktla geri qaytarıb?
28.08.2026, 17:21 CƏMİYYƏT
-
Azərbaycanın qeyri-neft sektoru üzrə əsas şirkətləri... - SİYAHI
28.08.2026, 17:12 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
28.08.2026, 17:00 İQTİSADİYYAT
-
Almaniyada çoxsaylı mənzillər, şirkət və... - Ankara bələdiyyəsinin keçmiş sədri həbs təhlükəsiylə üzləşib
28.08.2026, 16:47 SİYASƏT
-
MOSKVADA AZƏRBAYCANA QARŞI TƏXRİBAT: nə və niyə baş verdi? - TƏHLİL
28.08.2026, 16:32 SİYASƏT
-
Püşkatma: "Beşiktaş" və "Trabzonspor"un rəqibləri oldu - SİYAHI
28.08.2026, 16:20 İDMAN
-
Kəlbəcərə dolu yağıb
28.08.2026, 16:04 GÜNDƏM
-
Türkiyədə qaydasız döyüş üzrə çempion güllələndi: "Dedi ki, sən Doğansanmı, "yox" desəm də, vurdu"
28.08.2026, 15:55 KRİMİNAL
-
İSRAİLİN BAŞ NAZİRİ SURİYADA YENİ ƏRAZİLƏRİ ƏLƏ KEÇİRƏCƏKLƏRİNİ BƏYAN ETDİ: "Buna ehtiyac var, Türkiyəyə isə..."
28.08.2026, 15:43 GÜNDƏM
-
"Xbet", "MostBet" və "Vimpay" platformaları və... - Yeni əməliyyat keçirildi, saxlanılanlar var
28.08.2026, 15:17 KRİMİNAL
-
"Lyon"la matçda dava: "Fənərbağça"lı futbolçunu ağır cəza gözləyir
28.08.2026, 15:08 İDMAN
-
Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd oldu - Seçkisinin tarixi məlum oldu (Yenilənib)
28.08.2026, 15:02 MƏDƏNİYYƏT
-
Türkiyənin nüfuzlu kriminal lideri geri dönür? - Mesaj ciddi müzakirə yaradıb
28.08.2026, 14:54 KRİMİNAL
-
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürdü
28.08.2026, 14:32 MƏDƏNİYYƏT