Prezident Gəncəyə böyük diqqəti və Niyazi Bayramovun şəhər rəhbəri kimi fəaliyyət yolu... - Kafedra müdiri yazır
CƏMİYYƏT
Bugün, 21:29
Bu tarix Gəncənin müasir inkişaf salnaməsində özünəməxsus yeri olan tarixlərdən biridir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi.
Bu gün həmin tarixi qərardan səkkiz il ötür.
Səkkiz il... Təqvim üçün adi bir zaman kəsiyi sayıla bilər. Lakin böyük bir şəhərin idarə olunması baxımından səkkiz il həm mühüm sınaqlar, həm böyük məsuliyyət, həm də ardıcıl quruculuq və inkişaf dövrüdür.
Gəncə kimi qədim və zəngin tarixə malik şəhərə rəhbərlik etmək isə xüsusilə böyük məsuliyyətdir. Çünki Gəncə yalnız Azərbaycanın ikinci böyük şəhəri deyil. Bu şəhər Azərbaycan dövlətçilik tarixinin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, elmimizin və mədəniyyətimizin mühüm mərkəzlərindən biridir.
Nizami Gəncəvinin adı ilə dünyaya səs salan, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Cavad xanın irsini yaşadan Gəncə bu gün də Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında xüsusi mövqeyə malikdir.
Belə bir şəhəri idarə etmək sadəcə vəzifə deyil. Bu, tarix qarşısında məsuliyyət, dövlət qarşısında borc və şəhər sakinləri qarşısında böyük etimaddır.
Dövlət siyasətinin Gəncədə təcəssümü
Gəncənin son illərdəki inkişafını Niyazi Bayramovun şəhər rəhbəri kimi fəaliyyətindən ayrı təsəvvür etmək mümkün olmadığı kimi, bu inkişafı Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi xüsusi diqqətdən də ayrı təsəvvür etmək mümkün deyil.
Prezident İlham Əliyevin regionların inkişafına yönəlmiş siyasətində Gəncə daim xüsusi yer tutub. Dövlət başçısının şəhərə çoxsaylı səfərləri, müxtəlif sosial, iqtisadi və mədəni obyektlərin açılışında iştirakı, yeni layihələrin təməlini qoyması, Gəncənin inkişafı ilə bağlı mühüm tapşırıqlar verməsi bunun aydın ifadəsidir.
Prezident İlham Əliyevin Gəncəyə səfərlərinin çoxluğu da şəhərə göstərilən yüksək diqqətin bariz göstəricisidir. Bəli, bu çoxlu səfərlərin arxasında dövlət başçısının qədim Gəncəyə olan diqqət və qayğısının miqyası dayanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son iyirmi ildən artıq müddətdə Azərbaycan regionlarının inkişafı yeni mərhələyə qədəm qoyub. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində şəhər və rayonlarda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istehsal müəssisələri yaradılıb, yollar, məktəblər, xəstəxanalar, mədəniyyət və idman obyektləri tikilib, insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Gəncə də bu böyük inkişaf prosesinin önəmli ünvanlarından biridir. Dövlət başçısının Gəncəyə münasibətində yalnız iqtisadi məsələlər deyil, şəhərin tarixi-mədəni potensialı, insan kapitalı, gənclər siyasəti, turizm imkanları və müasir şəhər mühiti də mühüm yer tutur.
Bu baxımdan Prezident İlham Əliyevin Gəncəyə diqqəti sadəcə ayrı-ayrı layihələrin həyata keçirilməsi ilə məhdudlaşmır. Bu diqqət bütövlükdə şəhərin strateji inkişafına verilən yüksək dövlət əhəmiyyətinin göstəricisidir.
Niyazi Bayramovun Gəncə rəhbəri kimi səkkizillik fəaliyyətinin də əsas siyasi və idarəçilik çərçivəsini məhz bu dövlət siyasəti müəyyənləşdirib.
Səkkiz ilin əsas xətti – quruculuq, abadlıq və müasir şəhər
Gəncənin bugünkü simasına nəzər saldıqda son illərdə şəhərin müxtəlif istiqamətlərində aparılan genişmiqyaslı yenilənmə prosesini aydın görmək mümkündür.
Küçələrin və prospektlərin abadlaşdırılması, yolların yenilənməsi, yaşayış binalarının fasad və dam örtüklərinin təmiri, həyətlərin səliqəyə salınması, işıqlandırma sistemlərinin müasirləşdirilməsi, yaşıllıq sahələrinin artırılması şəhər mühitinin keyfiyyətinə birbaşa təsir edən mühüm işlərdir.
Xüsusilə III MDB İdman Oyunlarına hazırlıq dövründə Gəncədə genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirildi.
Şəhərin 120-dən çox küçə və prospektində asfalt örtüyü yeniləndi, yüzlərlə çoxmənzilli, fərdi yaşayış və qeyri-yaşayış binasının fasadları təmir olundu, minlərlə fərdi yaşayış evində müxtəlif təmir və abadlıq işləri aparıldı. Şəhərin yaşıllıq potensialının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirildi.
Bütün bunlar Gəncənin yalnız müəyyən hissələrinin deyil, bütövlükdə şəhər mühitinin yenilənməsinə xidmət edən kompleks işlərdir.
Gəncədə mənzil fondunun yenilənməsi də xüsusi əhəmiyyət daşıyır. Çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, fasadların təmiri və həyətlərin abadlaşdırılması minlərlə sakinin gündəlik həyatına birbaşa təsir edən məsələlərdir.
Şəhərin küçə işıqlandırılması sisteminin yenilənməsi də müasir Gəncə obrazının mühüm elementlərindən biridir.
İşıqlı, abad və təhlükəsiz küçələr yalnız şəhərin estetik görünüşünü yaxşılaşdırmır, eyni zamanda insanların rahatlığını və təhlükəsizliyini artırır.
Bu baxımdan Gəncənin inkişafı ayrı-ayrı layihələrin mexaniki şəkildə icrasından daha geniş məna daşıyır. Burada məqsəd insanların daha rahat yaşaya biləcəyi müasir şəhər mühiti yaratmaqdır.
Gəncə iqtisadi inkişafın yeni mərhələsində
Şəhərin inkişafını yalnız onun küçələrinin, parklarının və binalarının görünüşü ilə qiymətləndirmək olmaz. Əsl inkişafın mühüm göstəricilərindən biri iqtisadi potensialdır.
Gəncə Azərbaycanın mühüm sənaye və iqtisadi mərkəzlərindən biridir.
2025-ci ildə şəhərdə ümumi məhsul buraxılışının həcmi 1 milyard 314,5 milyon manat, sənaye məhsulu istehsalı 616,4 milyon manat, əsas kapitala yönəldilmiş investisiyalar isə 513,8 milyon manat təşkil edib. Tikinti-quraşdırma işlərinin həcmi 394,8 milyon manata çatıb.
Bu göstəricilər Gəncənin iqtisadi həyatında sənayenin, investisiyanın və tikinti sektorunun əhəmiyyətini aydın göstərir.
2003–2025-ci illərdə şəhərdə 69 mindən çox yeni iş yerinin açılması isə məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən uzunmüddətli siyasətin miqyasını nümayiş etdirir.
Əlbəttə, hər bir iqtisadi göstəricinin arxasında insan taleyi dayanır. Yeni iş yeri yeni gəlir mənbəyi, ailə büdcəsinin möhkəmlənməsi və gələcəyə daha böyük inam deməkdir.
Bu baxımdan Gəncənin iqtisadi inkişafı şəhərin sosial rifahının yüksəldilməsinin əsas şərtlərindən biridir.
Yaşıl Gəncə – gələcəyə hesablanmış inkişaf
Müasir şəhərin inkişafını ekoloji məsələlərdən ayrı təsəvvür etmək mümkün deyil.
Gəncənin 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl Şəhərlər” proqramına Azərbaycandan ilk şəhər kimi qoşulması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bu təşəbbüs Gəncənin gələcək inkişafında ekoloji tarazlığın, enerji səmərəliliyinin, tullantıların idarə olunmasının, yaşıllıqların qorunmasının və müasir şəhər infrastrukturlarının mühüm yer tutduğunu göstərir.
Son illərdə şəhərdə ağac, kol və gül bitkilərinin əkilməsi, park və xiyabanların yenilənməsi, şəhər ərazisinin yaşıllaşdırılması istiqamətində aparılan işlər Gəncənin daha yaşıl və rahat şəhərə çevrilməsi məqsədinə xidmət edir.
Bu gün Gəncə üçün əsas hədəflərdən biri tarixi şəhər kimliyini qorumaqla yanaşı, müasir, ekoloji baxımdan dayanıqlı və insanların rahat yaşadığı şəhər modelini formalaşdırmaqdır.
Bu, gələcək nəsillər qarşısında da mühüm məsuliyyətdir.
İnsan amili və vətəndaşlarla canlı ünsiyyət
Şəhər rəhbərinin fəaliyyətini yalnız görülən tikinti və abadlıq işləri ilə ölçmək düzgün olmazdı.
İdarəçiliyin ən mühüm meyarlarından biri vətəndaşlarla münasibətdir.
Niyazi Bayramovun fəaliyyətində sakinlərlə görüşlər, səyyar qəbullar, müraciətlərin yerində dinlənilməsi və problemlərin aidiyyəti üzrə həllinə nəzarət mühüm istiqamətlərdən biri kimi diqqəti çəkir.
Şəhər rəhbərinin müxtəlif ərazilərdə sakinlərlə keçirdiyi görüşlər zamanı insanların sosial, məişət, kommunal, məşğulluq və digər məsələləri dinlənilir, problemlərin həlli ilə bağlı aidiyyəti strukturlara konkret tapşırıqlar verilir.
Bu yanaşmanın mahiyyəti sadədir: insanın problemini onun yanına gedərək dinləmək.
İdarəçi ilə vətəndaş arasında məsafənin azalması dövlət idarəçiliyinə inamın möhkəmlənməsində mühüm rol oynayır.
Niyazi Bayramovun mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində görülən işlərlə yerində tanış olması, problemləri birbaşa müşahidə etməsi və məsul şəxslərin qarşısında konkret vəzifələr qoyması da bu idarəçilik yanaşmasının tərkib hissəsidir.
Gəncənin ağır sınaqları və möhkəm iradəsi
Niyazi Bayramovun Gəncəyə rəhbərliyi adi illərlə məhdudlaşmayıb.
Bu səkkizillik dövr Azərbaycanın tarixində ən mühüm hadisələrin baş verdiyi illəri əhatə edir.
2020-ci ildə dünyanı bürüyən COVID-19 pandemiyası insanların həyatına ciddi təsir göstərdi. Şəhər təsərrüfatının fəaliyyətinin davam etdirilməsi, sanitar-epidemioloji tədbirlərin həyata keçirilməsi, əhalinin maarifləndirilməsi və sosial dəstəyə ehtiyacı olan insanların diqqətdə saxlanılması həmin dövrün əsas vəzifələrindən oldu.
Ardınca Azərbaycanın şanlı Vətən müharibəsi başladı. Gəncə bu müharibənin ən ağır səhifələrindən birini yaşadı. Şəhər düşmənin raket hücumlarına məruz qaldı, dinc sakinlər həyatını itirdi və yaralandı. Gəncə ağır itkilər versə də, sınmadı, geri çəkilmədi.
Əksinə, Gəncə öz dözümlülüyü, həmrəyliyi və dövlətinə bağlılığı ilə Azərbaycanın Zəfər tarixinin mühüm səhifələrindən birinə çevrildi.
Bu ağır günlərdə şəhər rəhbərliyinin qarşısında böyük məsuliyyət dayanırdı: insanların yanında olmaq, zərər çəkmiş ailələrə diqqət göstərmək, şəhərin həyatının davamlılığını təmin etmək və dövlətin qayğısını sakinlərə çatdırmaq.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin və uzaqgörən dövlətçilik siyasətinin ən parlaq nəticələrindən biri oldu.
Bu gün Gəncə həmin Zəfərin qürurunu yaşayan şəhərlərdən biridir.
Şəhid ailələri, qazilər və milli yaddaş
Azərbaycan dövlətinin siyasətində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğı xüsusi yer tutur.
Gəncədə də bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Şəhid ailələri ilə görüşlər, qazilərin və müharibə iştirakçılarının problemlərinin diqqətdə saxlanılması, onların sosial-məişət məsələlərinin həllinə kömək göstərilməsi dövlət qayğısının şəhər səviyyəsində mühüm istiqamətlərindəndir.
Bu, yalnız sosial siyasət deyil. Bu, həm də milli yaddaşa, Vətən uğrunda canından keçən insanlara ehtiramın ifadəsidir. Gəncə Vətən müharibəsində çoxsaylı şəhidlər verib. Onların qəhrəmanlığı şəhərin tarixinin ayrılmaz hissəsinə çevrilib.
Bu gün Gəncədə Zəfər tariximizin yaşadılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi əhəmiyyət daşıyır.
Gəncə – tarixini qoruyan, gələcəyə addımlayan şəhər
Gəncənin inkişafının ən mühüm xüsusiyyətlərindən biri onun müasirliklə tarix arasında düzgün balans yaratmağa çalışmasıdır.
Bu şəhərin hər daşı bir tarix danışır. Nizami Gəncəvinin adı Gəncəni dünya ədəbiyyatının xəritəsinə çıxarıb. Məhsəti Gəncəvi Azərbaycan mədəniyyətinin qadın simalarından biri kimi tarixə düşüb. Cavad xan isə Gəncənin qəhrəmanlıq və dövlətçilik tarixinin ən parlaq səhifələrindən birini yaradıb.
Bu irsin qorunması Gəncənin gələcək inkişafının ayrılmaz hissəsidir. Şəhərdə tarixi küçələrin, abidələrin, mədəniyyət ocaqlarının və turizm məkanlarının inkişaf etdirilməsi Gəncənin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanıdılmasına xidmət edir.
III MDB İdman Oyunları çərçivəsində Gəncənin mühüm tədbirlərə ev sahibliyi etməsi də şəhərin müasir imkanlarının nümayişi baxımından əlamətdar hadisə oldu. Gəncə burada yalnız idman şəhəri kimi deyil, Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və müasir inkişafını özündə birləşdirən şəhər kimi təqdim edildi.
Niyazi Bayramovun səkkiz illik idarəçilik portreti
Niyazi Bayramovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı kimi səkkiz illik fəaliyyətinə ümumi nəzər saldıqda qarşıya bir neçə mühüm xüsusiyyət çıxır.
İlk növbədə, davamlılıq.
İkincisi, yerində idarəçilik və vətəndaşlarla birbaşa ünsiyyət.
Üçüncüsü, şəhərin abadlaşdırılması və müasir şəhər mühitinin yaradılması.
Dördüncüsü, dövlət proqramlarının və ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin Gəncədə ardıcıl şəkildə həyata keçirilməsi.
Beşincisi isə şəhərin yalnız bu gününü deyil, gələcəyini düşünən inkişaf yanaşmasıdır.
Şəhər rəhbərinin fəaliyyəti təbii olaraq müxtəlif qiymətləndirmələrə açıq ola bilər. Lakin səkkiz illik dövrə bütöv şəkildə baxdıqda bir faktı xüsusi vurğulamaq mümkündür: Gəncədə işlər dayanmayıb, şəhərin inkişaf gündəliyi daim yenilənib və qarşıya yeni hədəflər qoyulub. Bu isə hər bir idarəçi üçün mühüm keyfiyyətdir. Çünki şəhər idarəçiliyi bir günlük və ya birillik fəaliyyət deyil. Bu, davamlı məsuliyyətdir.
Gəncənin sabahına aparan yol
28 avqust 2018-ci ildə başlayan bu yol artıq Gəncənin müasir tarixinin mühüm səhifələrindən birinə çevrilib.
Səkkiz il ərzində şəhər həm böyük quruculuq və abadlıq layihələrinin, həm ciddi sınaqların, həm də tarixi hadisələrin şahidi olub. Bütün bu mərhələlərdə Gəncənin qarşısında duran əsas məqsəd dəyişməyib: şəhəri daha müasir, daha abad, daha rahat və insanların rifahına xidmət edən yaşayış məkanına çevirmək. Bu yolun arxasında isə, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti dayanır.
Azərbaycanın son illərdə qazandığı möhtəşəm nailiyyətlər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, regionların sürətli inkişafı və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin tarixi nəticələridir. Gəncə də bu böyük inkişaf yolunun mühüm və ayrılmaz hissəsidir. Şəhər rəhbəri Niyazi Bayramovun səkkizillik fəaliyyəti isə bu siyasətin yerli səviyyədə həyata keçirilməsi baxımından mühüm mərhələ təşkil edir. Onun şəhər təsərrüfatına diqqəti, sakinlərlə görüşləri, görülən işlərə yerində nəzarəti, abadlıq-quruculuq proseslərinə münasibəti və dövlət proqramlarının icrasına verdiyi önəm Gəncənin inkişaf gündəliyinin əsas istiqamətlərini müəyyənləşdirib. Bu gün qarşıda daha böyük hədəflər dayanır. Gəncə daha da gözəlləşməli, iqtisadi potensialını daha geniş şəkildə reallaşdırmalı, yeni investisiyalar və iş imkanları qazanmalı, tarixi irsini qoruyaraq müasir şəhər standartlarını mənimsəməli, yaşıllıq və ekoloji dayanıqlılıq baxımından yeni mərhələyə yüksəlməlidir.
Bütün bunların həyata keçirilməsi üçün Gəncənin ən böyük üstünlüyü var: onun güclü tarixi, zəngin potensialı və inkişafına göstərilən yüksək dövlət diqqəti.
Bu əlamətdar tarix münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə Gəncəyə göstərdiyi yüksək diqqət və qayğıya, şəhərin inkişafı üçün yaratdığı geniş imkanlara və həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinə görə dərin minnətdarlığımızı ifadə edirik.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Müzəffər oğlu Bayramovu isə bu mühüm tarix münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və məsul dövlət fəaliyyətində uğurlar arzulayırıq. Arzu edirik ki, Gəncənin qarşıdakı inkişaf mərhələsi daha böyük nailiyyətlərlə, yeni layihələrlə, yeni quruculuq işləri ilə və şəhər sakinlərinin həyatında daha böyük müsbət dəyişikliklərlə yadda qalsın. Çünki Gəncə təkcə keçmişi ilə fəxr edən şəhər deyil. Gəncə gələcəyini quran şəhərdir. Bu gələcəyin təməlində isə qədim Gəncənin zəngin irsi, onun mərd və zəhmətkeş insanları, dövlətə və dövlətçiliyə bağlılığı və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük Azərbaycan inkişaf strategiyası dayanır.
Səkkiz il əvvəl verilmiş qərarın bu günkü nəticələri göstərir ki, dövlət başçısının etimadı ən böyük məsuliyyətlə birləşəndə şəhərin inkişafı sadəcə layihələr toplusuna deyil, bütöv bir tərəqqi yoluna çevrilir.
Gəncə də bu yolun üzərində inamla irəliləyir.
Tarixini qoruyaraq gələcəyə.
Dövlətinin gücünə arxalanaraq yeni uğurlara.
Daha gözəl, daha müasir və daha firavan Gəncəyə doğru.
ELÇİN CAVADOV,
Gəncə Dövlət Universitetinin kafedra müdiri,
texnika elmləri doktoru texnika elmləri doktoru
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Cengiz Ünder "Fənərbağça"dan ayrıldı
Bugün, 22:02 İDMAN
-
Türkiyənin daha bir bölgəsində güclü meşə yanğını başlayıb - FOTOLAR
Bugün, 21:51 GÜNDƏM
-
Prezident Gəncəyə böyük diqqəti və Niyazi Bayramovun şəhər rəhbəri kimi fəaliyyət yolu... - Kafedra müdiri yazır
Bugün, 21:29 CƏMİYYƏT
-
MİSTİK ÇAĞIRIŞ VƏ TARİXİ GENOFONDUN OYANIŞI: “Çingiz xanın əsgəri" və Dəmir Yumruq (Hekayə)
Bugün, 21:07 YAZARLAR
-
Özgür Özəl "Kılıçdaroğlu baba nə edir?" sualına elə cavab verdi ki...
Bugün, 18:10 SİYASƏT
-
Qənirə Paşayevanın qardaşı üksək vəzifəyə təyin olundu
Bugün, 18:01 CƏMİYYƏT
-
Bakıda və İmişli rayonu ərazisində yaşıllıqlara zərər vurublar
Bugün, 17:49 CƏMİYYƏT
-
"Qalatasaray" 39 milyon avroluq təklifə "yox" dedi
Bugün, 17:26 İDMAN
-
Azərbaycanın qeyri-neft sektoru üzrə əsas şirkətləri... - SİYAHI
Bugün, 17:12 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Almaniyada çoxsaylı mənzillər, şirkət və... - Ankara bələdiyyəsinin keçmiş sədri həbs təhlükəsiylə üzləşib
Bugün, 16:47 SİYASƏT
-
MOSKVADA AZƏRBAYCANA QARŞI TƏXRİBAT: nə və niyə baş verdi? - TƏHLİL
Bugün, 16:32 SİYASƏT
-
Püşkatma: "Beşiktaş" və "Trabzonspor"un rəqibləri oldu - SİYAHI
Bugün, 16:20 İDMAN
-
Kəlbəcərə dolu yağıb
Bugün, 16:04 GÜNDƏM
-
Türkiyədə qaydasız döyüş üzrə çempion güllələndi: "Dedi ki, sən Doğansanmı, "yox" desəm də, vurdu"
Bugün, 15:55 KRİMİNAL
-
İSRAİLİN BAŞ NAZİRİ SURİYADA YENİ ƏRAZİLƏRİ ƏLƏ KEÇİRƏCƏKLƏRİNİ BƏYAN ETDİ: "Buna ehtiyac var, Türkiyəyə isə..."
Bugün, 15:43 GÜNDƏM
-
"Xbet", "MostBet" və "Vimpay" platformaları və... - Yeni əməliyyat keçirildi, saxlanılanlar var
Bugün, 15:17 KRİMİNAL
-
"Lyon"la matçda dava: "Fənərbağça"lı futbolçunu ağır cəza gözləyir
Bugün, 15:08 İDMAN
-
Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd oldu - Seçkisinin tarixi məlum oldu (Yenilənib)
Bugün, 15:02 MƏDƏNİYYƏT
-
Türkiyənin nüfuzlu kriminal lideri geri dönür? - Mesaj ciddi müzakirə yaradıb
Bugün, 14:54 KRİMİNAL
-
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürdü
Bugün, 14:32 MƏDƏNİYYƏT
-
Nigar Fərhad sərbəst buraxılıb
Bugün, 14:24 PRESS
-
RƏSMİ TEHRAN BÖLGƏNİ MÜHARİBƏYLƏ HƏDƏLƏDİ: "Bizim neft sata bilmədiyimiz bölgədə heç kim sata bilməyəcək"
Bugün, 14:19 GÜNDƏM
-
Tibetdə indi də nəhəng su anbarının bəndi yarıldı, xalqa xəbərdarlıq olundu: "Daha yüksəklərə qaçın"
Bugün, 14:03 DÜNYA
-
Qurbanova "aktyor" deyən sabiq deputatı hədələyirlər: "Axırım necə olacaq, heç özüm də bilmirəm"
Bugün, 13:44 SİYASƏT
-
SOCAR-da daha bir dəyişiklik - Rövşən Nəcəf özünə yeni müşavir götürdü (FOTO)
Bugün, 13:35 İQTİSADİYYAT
-
Tərcüməçi Ziya Muradovun ölümü araşdırılır
Bugün, 13:33 PRESS
-
"İranlılar yalvarır, danışmaq istəyirlər, ancaq mən istəmirəm" - Trampın açıqlamasına İran XİN başçısından reaksiya
Bugün, 13:26 GÜNDƏM
-
Gəncədə bazarda qadın öldürüldü - Oğlu saxlanıldı
Bugün, 13:15 KRİMİNAL
-
Hansı tələbələr təhsil haqqından azaddır? - SİYAHI
Bugün, 13:10 GÜNDƏM
-
Baş nazir Dövlət Proqramının icrası barədə sərəncam verdi - Detallar
Bugün, 13:03 GÜNDƏM
-
“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
Bugün, 12:57 İQTİSADİYYAT
-
Nazirin müşaviri BDU-ya qəbul olunub
Bugün, 12:50 SİYASƏT
-
Jurnalist Sabunçudakı 22 minlik rüşvət faktından yazdı: "İcra başçısının da iştirak etdiyi söhbətlər aylarla..." - Kimlər rüşvəti aktla geri qaytarıb?
Bugün, 12:34 CƏMİYYƏT