"Qalatasaray" 39 milyon avroluq təklifə "yox" dedi

\"Qalatasaray\" 39 milyon avroluq təklifə \"yox\" dedi

İDMAN

Bugün, 17:26

Komandaya yeni futbolçular cəlb edə bilməyən "Qalatasaray"a gözlənilməz təklif gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbrər verir ki, "Qalatasaray"a 25 yaşlı sağ cinah müdafiəçisi Vilfrid Sinqo üçün Səudiyyə Ərəbistanından astronomik təklif gəlib.

Məlumata əsasən,  "Damac" klubu Fil Dişi Sahilindən olan futbolçusu üçün 39 milyon avro ödəməyə hazır olduöunu bildirib: "Lakin "Qalatasaray" rəhbərliyi təklifi rədd edib".

Məlumatda deyilir ki,  Sinqonun özü də "Qalatasaray"dan ayrılmaq istəmədiyini açıqlayıb.

Xatırladaq ki, "Qalatasaray"dan illik 4,8 milyon avro qazanan  futbolçununklubla 2030-cu ilin iyun ayına qədər müqaviləsi var.

Onu da bildirək ki, 25 yaşlı futbolçunun hazırkı bazar dəyəri 23 milyon avrodur.

Fərid ASLAN

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR