Türkiyədə qaydasız döyüş üzrə çempion güllələndi: "Dedi ki, sən Doğansanmı, "yox" desəm də, vurdu"

Türkiyədə qaydasız döyüş üzrə çempion güllələndi: \"Dedi ki, sən Doğansanmı, \"yox\" desəm də, vurdu\"

KRİMİNAL

Bugün, 15:55

Türkiyənin İzmirin Qaziemir rayonunda qaydasız döyüş (MMA) üzrə çempion güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2016-cı il Türkiyə Qarışıq Döyüş Sənətləri (MMA) çempionu olan Həsən Başar kaskalı şəxs tərəfindən idman zalının qarşısında oturarkən vurulub.

Məlumata görə, ayaqlarından vurulan idmançıya kaska taxmış halda  motosikletlə yaxınlaşan naməlum şəxs yanlarında 13 yaşlı uşaq olmasına baxmayaraq, ondan "Sən Doğansan?", - deyə soruşub. "Yox" cavaı alsa da, ayağına iki əl atəş açıb.

Xəstəxanaya çatdıırlan idmançı əməliyyat olunub, həyatına təhlükə yoxdur.

Hücum təhlükəsizlik kamerasına düşüb, şübhəli axtarılır.

30 yaşlı Həsən Başar deyibki, Qaziemir rayonundakı Çolak Molla Mömin Hoca küçəsində idman zalının qarşısına ona yaxınlaşan şəxsə "Doğan olmadığını desə də, vurulub: "Əminəm ki, məni kiminləsə səhv salıb vurdu".

F.SƏfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR