RƏSMİ TEHRAN BÖLGƏNİ MÜHARİBƏYLƏ HƏDƏLƏDİ: "Bizim neft sata bilmədiyimiz bölgədə heç kim sata bilməyəcək"

RƏSMİ TEHRAN BÖLGƏNİ MÜHARİBƏYLƏ HƏDƏLƏDİ: \"Bizim neft sata bilmədiyimiz bölgədə heç kim sata bilməyəcək\"

GÜNDƏM

Bugün, 14:19

"İranın neft satışı bloklanarsa, bölgədə heç kimə neft satışına imkan verməycəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu ultimatumu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf verib.

O bildirib ki, ABŞ-ın onlara qarşı blokadası və sanksiyaları müharibəni başqa səviyyəyə sürükləyir: "ABŞ-ın İranın neft ixracını bloklamaq cəhdlər var. Müharibə sadə və dəyişməz tənliyi var:  Ya hamı, ya da heç kim. Bizim neft sata bilmədiyimiz bir bölgədə heç kim neft sata bilməyəcək. Bunu da yenə təkrarlayır və qarşı tərəfin bilməsini istəyirik. İran, onun infrastrukturları təhlükəsiz olmayacaqsa, heç kimə rahatlıq olmayacaq. Qaldı Hörmüz boğazının təhlükəsizliyinə, bu, Amerika qüvvələrinin bölgəsindən çəkilməsindən aslıdır. Biz dəfələrlə demişik ki, boğaz əvvəlki vəziyyətinə qayıtmayacaq".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR