Tərcüməçi Ziya Muradovun ölümü araşdırılır

Tərcüməçi Ziya Muradovun ölümü araşdırılır

PRESS

Bugün, 13:33

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, Ziya Muradov avqustun 1-i Qubada istirahət zamanı qəfil vəfat edib. İddialara görə, hadisə baş verən gün həmin ərazidə ondan başqa 17 nəfər də olub. Ailə üzvləri meyitin üzərində zədə izi göründüyünü qeyd ediblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR