Gəncədə bazarda qadın öldürüldü - Oğlu saxlanıldı

Gəncədə bazarda qadın öldürüldü - Oğlu saxlanıldı

KRİMİNAL

Bugün, 13:15

Gəncədə qətl hadisəsi baş verib.

Məlumata görə, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb.

Belə ki, sözügedən bazardakı dükanlardan birində çalışan 1962-ci il təvəllüdlü L. Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadını oğlu aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır(APA)

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR