Jurnalist Sabunçudakı 22 minlik rüşvət faktından yazdı: "İcra başçısının da iştirak etdiyi söhbətlər aylarla..." - Kimlər rüşvəti aktla geri qaytarıb?

Jurnalist Sabunçudakı 22 minlik rüşvət faktından yazdı: \"İcra başçısının da iştirak etdiyi söhbətlər aylarla...\" - Kimlər rüşvəti aktla geri qaytarıb?

CƏMİYYƏT

Bugün, 12:34

"Sizə 22 minlik rüşvətə imza atan iki məmur haqqında danışım…

Əvvəldən xahiş edirəm ki, “qanunsuz tikilib” kimi müzakirə açmayaq. Sabunçunun 80 faizi belə tikilib və tikilməkdə də davam edir. Burada səbəb başqadır.

Uşaqlıq dostum Sabunçuda illər əvvəl aldığı torpaq sahəsində fərdi yaşayış evi tikmək istəyirdi. İcra hakimiyyətinin mühəndisi ilə əlaqə yaradıb. Mühəndis də bu işi dədə-baba qaydası ilə görməyi təklif edib. Bunun qarşılığında 22 min manat pul alıb. Pul 3 qurum arasında bölünüb (mühəndisin dediyinə görə). 6 min manat da icra hakimiyyətinə çatması üçün mühəndis tərəfindən icra hakimiyyətinin başqa bir vəzifəli şəxsinə verilib. Evin tikintisi başlayıb. Aylar keçib, işlər yekunlaşmaq üzrə olub. Evin pəncərələri vurulanda icra hakimiyyəti gəlib evi uçurub. Təxminən 6-7 ay sonra... Məlum olub ki, icra hakimiyyətinin pulunu çatdırmayıblar".

Mia.az xəbər verir ki, bu sensasiyalı məlumatı jurnalist İlkin Muradov Feysbuk-dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, hadisədən sonra dostum dəfələrlə icra başçısı Adil Vəliyevin qəbulunda olub:

"Bu görüşlərdə hər iki şəxs 22 min manatı aldıqlarını təsdiq ediblər. Aylarla bu danışıqlar davam edib. Dostuma gah evinin səhvən söküldüyünü, gah kompensasiya veriləcəyini, gah da başqa yerdə torpaq sahəsi ayrılacağı deyilib. İcra başçısının da iştirak etdiyi bu söhbətlər aylarla davam edəndən sonra dostum bir neçə gün əvvəl rəsmi qurumlara şikayət etməyə başladı. Bundan sonra çox maraqlı hadisə baş verdi.

İcra başçısının göstərişi ilə məmurlar aldıqları 22 min manatı geri qaytardılar. Həm də akt yazaraq. Hər iki məmur həmin akta imza da atıblar. Təsəvvür edirsiniz?

İcra başçısının göstərişi ilə onun işçiləri vətəndaşdan 22 min rüşvət aldıqlarını təsdiq edən sənədə imza atıblar. Bunu mənə deyəndə inanmadım. Amma sənədi əlimə alanda şok oldum. Adamlar bunu necə edə bilərlər? Rüşvət aldıqlarını təsdiq edən sənədi vətəndaşa necə veriblər?

İşin çox maraqlı təfərrüatları var. Həmin pulu alan iki nəfər elə belə adam deyillər. Birinin atası, digərinin əmisi çox yüksək vəzifə sahibləridir".

İddiaya İcra Hakimiyyətinin də mövqeyni əlavə etməyə hazırıq"

Samir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR