RƏSMİ TEHRANDAN ABŞ-a ŞƏRT KƏSDİ: "Tarixdə qalacaq cavab verəcəyik"

RƏSMİ TEHRANDAN ABŞ-a ŞƏRT KƏSDİ: \"Tarixdə qalacaq cavab verəcəyik\"

GÜNDƏM

Bugün, 00:09

"Əgər ABŞ bizə qarşı hər hansı formada pislik etməyə başlasa, tarixdə qalacaq cavab verəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rezayi deyib.

O, Tehranda Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Sani ilə görüşdə bildirib ki, ABŞ-a əsla güvənmirlər: "ABŞ  diplomatiya və danışıqlara dəfələrlə xəyanət edib. Ona görə də Amerikaya xəbərdalrıq edirik ki, bizim hərbi və iqtisadi maraqlarımıza hər hansı zərbə sizə tarixi zərbə ilə geri qaytarılacaq. Unutmasınar bunu.

Qaldı Hörmüz boğazının yenidən açılmasına, ABŞ bunun üçün əvvəlcə İranın şərtlərini yerinə yetirmək üçün əməli addımlar atmalıdır".

Qətərin baş naziri Əl Tani isə deyib ki, İranla əməkdaşlığa heç vaxt tərəddüd etməyiblər: "Bölgədəki mövcud həssas şəraitdə məsuliyyətli olmalıyıq. Biz bu istiqamətdə Tehranla əməkdaşlığa hər zaman hazırıq".

Yeri gəlmişkən, Qətərin baş naziri və xarici işlər naziri Əl Tani Tehranda Xarici işlər naziri Abbas Ərakçi, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və prezident Məsud Pezeşkian ilə görüşüb, müzakirə aparıblar.

Tahir Şəlvəli

MİA.AZ

ETİKETLƏR

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR