"Qalatasaray"dan TFF-yə - Sərt etiraz

\"Qalatasaray\"dan TFF-yə - Sərt etiraz

İDMAN

Bugün, 00:20

"Qalatasaray" Klubu Türkiyə Futbol Federasiyasının (TFF) Türkiyə Kuboku qaydalarına etdiyi  dəyişikliklərə etiraz edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Sarı-qırmızı" klub tərəfindən bu açıqlama verilib:

"Türkiyə Futbol Federasiyası tərəfindən bu gün açıqlanan 2026-2027-ci il Türkiyə Kuboku qaydalarında dəyişikliklər Türkiyə futbolunun qaydalarla deyil, şərait və fərdlərlə idarə olunduğunun daha bir göstəricisidir. Dəfələrlə "Xarici oyunçularla bağlı qərar qəbul etdik və bu qərarı çoxdan verdik, hamı buna əməl edəcək" deyənlərin, ötən mövsüm klubumuzun bu məsələ ilə bağlı bütün tələb və müraciətlərini lazımi şəkildə qiymətləndirmədən rədd edənlərin və bu qaydanın yarada biləcəyi mənfi cəhətlər barədə dəfələrlə xəbərdarlıqlarımıza baxmayaraq bizi görməzdən gələnlərin bu qərarını heyrətlə izləyirik. O vaxtlar dəfələrlə bildirmişdik ki, bu qayda ölkəmizi böyük Avropa klubları üçün yetişdirmə məkanına çevirəcək və Türkiyə klublarını yüksək transfer haqları ödəməyə məhkum edəcək..."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR