Dünyanın üç milyarderi dənizdə bir araya gəldi - Sirli görüşün görüntü yayıldı (FOTO)

Dünyanın üç milyarderi  dənizdə bir araya gəldi - Sirli görüşün görüntü yayıldı (FOTO)

İQTİSADİYYAT

Bugün, 00:01

Dünyanın məşhur milyarderləri bu dəfə biznes mərkəzində deyil, Adriatik dənizinin ortasındakı lüks yaxtada görüşüblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Jeff Bezos, Jan Koum və Barry Dillerin Xorvatiya sahillərində eyni superyaxtada bir araya gəliblər.

Milyarderlərin sirli görüşünün detalları bəlli olmasa da, onların hər üçünün yaxta ilə Mijet adasına gəlməsi və daha sonra isə birinin yaxtasına toplanması böyük maraq doğurub.

Xatırladaq ki, Forbes jurnalının 25 avqust 2026-cı il tarixinə olan məlumatlarına görə, üç milyarderin ümumi sərvəti təxminən 292,5 milyard dollardır: Bezos 269,7 milyard dollar, Koum 16,7 milyard dollar, Diller 6,1 milyard dollar)

Onu da qeyd edək ki, Bezos "Amazon"un qurucusu, Jan Koum WhatsApp-ın həmtəsisçisi, Barry Diller isə   media maqnatıdır.

F.Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR