ABŞ SƏFİRİ TÜRKİYƏ-İSRAİL GƏRGİNLİYİ HAQQINDA ŞOK AÇIQLAMALAR VERDİ: "Türk ordusu çox cəsur və hazırlıqlıdır, onlar..." - "Bu, bir seçki oyunudur"
GÜNDƏM
24.08.2026, 10:07
Donald Trampın Suriya və Yaxın Şərq üzrə xüsusi elçisi və ABŞ-ın Ankaradakı səfiri Tom Barrak Türkiyə-İsrail gərginliyi ilə bağlı maraqlı müsahibə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ABŞ-ın iki dövlət arasındakı münasibətlərin müharibəyə səbəb olmasına qarşı olduğunu və bu prosesi əngəlləmək istiqamətində çalışdıqlarını gizlətməyib.
Tom Barrak həmçinin Türkiyə, İsrail və Suriyanın İŞİD terrorçularını ovlamaq üçün hər gün, hər gecə birgə əlaqəl halda işlədiklərini də sözlərinə əlavə edib.
Səfir Barrak YouTube-da canlı yayım zamanı daha sonra Türkiyənin hərbi gücünə diqqəti çəkib: "Bilirsiniz ki, Türkiyə ilə İsrail arasındakı münasibətlər 2000-ci illərin əvvəllərində müsbət olub. Bu günə gəldikdə, inancım və ümidim budur ki, bu, yenidən baş verəcək. İsrail ilə Türkiyə arasında son zamanlar artan gərginliyə gəldikdə isə, bu ölkələrin yüksək vəzifəli şəxslərinin açıqlamalarında seçki texnologiyalarının izini görmürsünüzmü? Siyasi seçki kampaniyası zamanı, məncə, hər iki tərəf daxildə qələbə üçün etməli olduğu gedişləri edir. Deyilmi?!
Baxın, Baş nazir Benyamin Netanyahu daha tez - oktyabr ayında keçiriləcək seçkilərə doğru gedir. O, seçicilərinin nə istədiyini bilir. Lakin gərginliyə baxmayaraq, İsrail, Türkiyə və Suriya ortaq maraqları bölüşür. Hətta təkcə Suriya belə kürdlər, SDF və İŞİD ilə mübarizə aparır. Bildiyiniz kimi, bu arada, hər axşam Türkiyə, İsrail və Suriyanı İŞİD terrorçularını ovlamaq üçün əlaqələndiririk. Çünki bölgədə azca boşluq yaranan kimi İŞİD özünü yenidən toparlamağa böyük səy göstərir.
Qaldı İsrail sərhədindən 85 kilometr məsafədə yerləşən və T4 və Palmira adlanan Suriyadakı iki ərazinin İsrail üçün təhlükəsizlik baxımından əhəmiyyətinə və bu səbəbdən oraların bombalanmasına, açıq deyim ki, Tel-Əviv rejimi bu barədə Ankaraya dəfələrə "Xahiş edirəm, bu iki bazaya yerləşməyin. Onlar bizə çox yaxındır. Biz də Suriya hökumətindən arxayın deyilik, onlara güvənmirik. Üstəlik, sizin də (Türkiyəni nəzərdə tutur-Mia.az) Suriya hökuməti ilə əlaqənizin səmimi və möhkəmliyinə əmin deyilik. Buna görə də, xahiş edirik, orada yenidən yerləşməyin, əks halda zərbə endirəcəyik", - deyə xəbərdarlıq edib. Bəli, bu məsələ bir müddət irəli-geri müzakirə olundu, amma türklər ağıllı hərəkət edərək İsraillə döyüşmək istəmədiklərini bildirdilər. Bəli, türklərin daimi mesajı bu istiqamətdə idi. Düzdür, türk ordusu güclü, cəsur, çox yaxşı təchiz olunub və nə etdiyini bilir. Bu gərginlik İkinci Dünya Müharibəsi kimi bir müharibəyə çevrilə bilərmi? Bizim fikrimiz budur ki, İkinci Dünya Müharibəsində olduğu kimi, təsadüfi bir hərəkət hər an yeni bir dünya müharibəsinə səbəb ola bilər və düşünürəm ki, hamımız bunun qarşısını almağa çalışırıq."
Barak bildirib ki, Netanyahunun "Böyük İsrail" kimi planı da real deyil: "Bir nəzəriyyə budur ki, israillilər türkləri təhrik edir. Unutmayın ki, türklər oxşar şəraitdə illər əvvəl Rusiya döyüş təyyarəsini vurublar, elə deyilmi?
İndi də hərbi təyyarələri xəbərdarlıq etmədən, razılaşma olmadan sərhəddə yerləşdirmək çox təhlükəli bir oyundur. Gərginliyin ciddi və narahatedici tərəfi də budur. Hə, onu da bilirəm ki, Türkiyə kəşfiyyat orqanları, onların yüksək rəhbərliyi, xarici işlər nazirləri, prezidenti, kəşfiyyat rəisləri, hamısı təmkinli olmağa diqqət yetirirlər. Bu, həqiqətən doğrudur. Bu, bir faktdır. Onlar aqressiv deyillər. Onlar İsrailə hücum etməkdə, hətta hər hansı bir kinetik və ya düşmən münasibəti qurmaqda maraqlı deyillər. Bu, region üçün yaxşı deyil. Bu, onlar üçün də yaxşı deyil".
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
Bugün, 00:04 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
YAP-da gözlənilməz görüş - Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə nələri müzakirə etdi?
24.10.2026, 23:43 SİYASƏT
-
Prezident və ailə üzvləri "FIFA U-15 World Cup and Festivalı"nın rəsmi açılışında - FOTOLAR (Yenilənib)
24.10.2026, 22:34 GÜNDƏM
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO
24.10.2026, 21:35 GÜNDƏM
-
Xətaidə kütləvi dava: “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, deputatın oğlu və... - DTX-dən əməliyyat + VİDEO, FOTOLAR (YENİLƏNİB)
24.10.2026, 19:36 KRİMİNAL
-
Gəncədə 60 yaşlı qadın bıçaqlandı
24.10.2026, 18:02 KRİMİNAL
-
Kirayə mənzil mexanizmində yeni qaydalar: Əlçatanlıq artır, yoxsa maliyyə intizamı sərtləşir?
24.10.2026, 17:22 İQTİSADİYYAT
-
Dilarə Əliyeva ARB rəhbərinin müşaviri təyin olundu
24.10.2026, 17:13 PRESS
-
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidentinin başına güllə çaxıldı - Saxlanılanların arasında iki türk də var
24.10.2026, 16:32 KRİMİNAL
-
Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24.10.2026, 15:03 GÜNDƏM
-
Xəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı - Nə baş verir?
24.10.2026, 12:30 GÜNDƏM
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
24.10.2026, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
24.10.2026, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
24.10.2026, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
24.10.2026, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
24.10.2026, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.10.2026, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT
-
Dövlət Baxçalı qurultaya gedir
23.10.2026, 18:28 SİYASƏT
-
Yılmaz Vural Türkiyədə futbol klubu alıb
23.10.2026, 18:20 İDMAN
-
Klub prezidentindən futbolçulara sərt xəbərdarlıq: "Özünüzü əfv etdirmək istəyirsinizsə..."
23.10.2026, 18:12 İDMAN
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
23.10.2026, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
23.10.2026, 18:00 GÜNDƏM