"Azercell" "Brandon Hall Group HCM Excellence Awards"da üç mükafat qazanıb
İQTİSADİYYAT
Bugün, 11:51
"Azercell" insan kapitalının inkişafı və rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi layihələrlə "2026 Brandon Hall Group HCM Excellence Awards"da üç mükafat qazanıb.
Mia.az xəbər verir ki, insan kapitalının idarəedilməsi sahəsində qabaqcıl proqram və həllərin qiymətləndirildiyi beynəlxalq müsabiqədə şirkətin "İnsan kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyası" layihəsi qızıl, IE Business School ilə birgə hazırladığı "Liderlik bacarıqlarının inkişafı proqramı" gümüş, "AI Bootcamp" layihəsi isə bürünc mükafata layiq görülüb.
"İnsan kapitalına investisiya şirkətimizin uzunmüddətli inkişafının əsas şərtlərindən biridir. Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq biz müasir texnologiya və rəqəmsal həllər tətbiq etməklə yanaşı, bu transformasiyanı irəli aparacaq insanların bilik və bacarıqlarının inkişafına da sistemli şəkildə investisiya edirik. İnanırıq ki, texnoloji transformasiyanın real dəyəri məhz insanların yeni imkanlardan səmərəli şəkildə istifadə edərək onları real biznes nəticələrinə çevirə bilməsi ilə formalaşır", – deyə "Azercell"in İnsan kapitalı üzrə baş direktoru Dilarə Hüseynova qeyd edib.
"Azercell" şirkət miqyasında RPA və süni intellekt həllərinin tətbiqini genişləndirərək biznes proseslərinin rəqəmsal transformasiyasını davam etdirir. Bu transformasiya insan kapitalının idarəedilməsini də əhatə edir. SAP SuccessFactors platformasının tətbiqi nəticəsində əsas HR əməliyyatlarının 80–90 %-i avtomatlaşdırılıb. Süni intellekt və avtomatlaşdırma həlləri proseslərin səmərəliliyini artırır və məlumat əsaslı qərarvermə imkanlarını genişləndirir.
"Azercell" əməkdaşlarının davamlı inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə də xüsusi önəm verir. IE Business School ilə birgə hazırlanan "Liderlik bacarıqlarının inkişafı proqramı" şirkət əməkdaşlarında özünüidarəetmə, təşəbbüskarlıq, məsuliyyət və qərarvermə bacarıqlarının, rəhbərlərdə isə komandanın effektiv idarə olunması və əməkdaşların inkişaf etdirilməsi bacarıqlarının gücləndirilməsini nəzərdə tutur.
Eyni zamanda, şirkət gənclərin gələcəyin texnoloji bacarıqlarına yiyələnməsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqət ayırır. "Azercell"in dəstəyi ilə həyata keçirilən "AI Bootcamp" ölkənin müxtəlif universitetlərində təhsil alan tələbələrə süni intellekt üzrə biliklərini dərinləşdirmək və AI texnologiyalarının real tətbiqi üzrə praktiki təcrübə qazanmaq imkanı yaradıb. Layihə ölkədə süni intellekt sahəsində gənc istedadların yetişdirilməsinə və gələcəyin əmək bazarı üçün zəruri kompetensiyaların formalaşdırılmasına xidmət edib.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan layihələr müstəqil sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən biznes ehtiyaclarına uyğunluq, proqramların hazırlanması və tətbiqi, innovativ yanaşma və ölçülə bilən nəticələr kimi meyarlar əsasında qiymətləndirilir. "Azercell"in əldə etdiyi nəticə şirkətin texnoloji transformasiya və insan kapitalının inkişafına verdiyi önəmin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini əks etdirir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İndoneziyada zəlzələ - 5,7 bal gücündə
Bugün, 13:38 DÜNYA
-
Şəmkirdə ilginc olay: 14 yaşlı uşaq necə güllələnib?
Bugün, 13:18 KRİMİNAL
-
Hərbi Həkim Komissiyasının sabiq rəisi məhkəmədən azadlığa buraxılıb
Bugün, 13:17 KRİMİNAL
-
Xırdalanda qətl: 31 yaşlı şəxs öldürüldü + FOTO (Yenilənib)
Bugün, 13:01 KRİMİNAL
-
Paşinyan: ""Real Ermənistan" ideologiyası sonda qalib gəldi və..."
Bugün, 12:57 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:30 CƏMİYYƏT
-
“By Ella” ləqəbli bloqer həbs edilib? - Açıqlama (Yenilənib)
Bugün, 12:24 PRESS
-
Nazir müşaviri vəzifədən azad olunub
Bugün, 12:15 CƏMİYYƏT
-
İbrahim Tatlısəsə doğulduğu şəhərdə böyük bir şok - Doğulduğu "mağara"nı ziyarət edən yoxdur (FOTO)
Bugün, 12:09 MƏDƏNİYYƏT
-
YENİ SƏDR ƏƏSMN-dəki DOSTLARINI AGENTLİYƏ TOPLAYIR - Növbəti təyinatlar oldu (Yenilənib)
Bugün, 11:56 GÜNDƏM
-
Rəsmi Bakı: "Xəbər bizi dərindən kədərləndirib"
Bugün, 11:51 SİYASƏT
-
"Azercell" "Brandon Hall Group HCM Excellence Awards"da üç mükafat qazanıb
Bugün, 11:51 İQTİSADİYYAT
-
Şimali Koreya nə qədər nüvə başlığı var? - Qonşu ölkə Trampın açıqlamasını doğru saymadı
Bugün, 11:34 DÜNYA
-
Əbülfəz Elçibəyin oğlu: "Ailəmlə məsələni məsləhətləşdim, qərara gəldik ki..."
Bugün, 11:21 SİYASƏT
-
Hərbi biletin qəsdən korlanılmasına və ya itirilməsi... - 200 manat cəriməsi var
Bugün, 11:14 GÜNDƏM
-
Rusiya MN-dən Kiyevə hücumla bağlı bəyanat: "Hərbi sənaye obyektləri, logistika mərkəzləri və..."
Bugün, 11:00 GÜNDƏM
-
Dövlət Məşğulluq Agentliyində daha bir dəyişiklik olub
Bugün, 10:45 CƏMİYYƏT
-
Yunan mətbuatında təhlil: "Bu ssenari Yunanıstan və İsrail üçün dağıdıcı nəticələr yaradacaq" - "Türkiynin qurduğu ittifaq isə ABŞ-ın yaratdığı boşluğu doldurmağa hesablanıb"
Bugün, 10:38 GÜNDƏM
-
Nazir əmr verdi, Kollec direktoru vəzifədən çıxarıldı - Yerinə isə...
Bugün, 10:28 GÜNDƏM
-
"Fənərbağça" Sidiki Şerifin haqqında açıqlama yayıb
Bugün, 10:16 İDMAN
-
Bu məktəblərə qeydiyyat başlayır
Bugün, 10:11 CƏMİYYƏT
-
AGENTLİYİN MƏTBUAT KATİBİ VƏZİFƏDƏN AZAD OLUNUB, YOXSA...? - Anar Nəcəfli sorğumuza maraqlı cavab verdi
Bugün, 10:01 PRESS
-
Rusiya Kiyevə ağır zərbələr endirib: 8 nəfər həlak olub, 33 nəfər yaralanıb
Bugün, 09:59 GÜNDƏM
-
"Aston Villa" 2 transfer açıqladı
Bugün, 09:55 İDMAN
-
Azərbaycan nefti bahalaşır
Bugün, 09:50 İQTİSADİYYAT
-
"Fənərbağça" Entoni Musabanı icarəyə verib
Bugün, 09:41 İDMAN
-
DTX-dən xaricdə daha bir mühüm əməliyyat: Ağalarov ölkəyə gətirildi
Bugün, 09:29 GÜNDƏM
-
"Kocaelispor" hücumçunu icarəyə götürdü
Bugün, 09:23 İDMAN
-
ADY-nin tenderi ləğv edildi - 5 milyonluq
Bugün, 09:07 İQTİSADİYYAT
-
Çempionlar Liqası: "Sabah" İsrail komandasına uduzdu (Yenilənib)
Bugün, 00:55 İDMAN
-
NETANYAHUDAN TÜRKİYƏYƏ AÇIQ TƏHDİD: "Onları bu dəfə daha yaxşı başa saldıq..."
Bugün, 00:52 GÜNDƏM
-
"Qalatasaray" braziliyalı hücumçunu alır - Danışıqlar başlayıb
Bugün, 00:30 İDMAN
-
Qəzza polis qərargahı vurulub - Həlak olanlar var
Bugün, 00:24 DÜNYA
-
ABŞ İKİ YOL AYRICINDA QALIB: geri çəkilsə, etibarını itirəcək, müharibəyə başlasa..."
Bugün, 00:16 GÜNDƏM