Rusiya Kiyevə ağır zərbələr endirib: 8 nəfər həlak olub, 33 nəfər yaralanıb

Rusiya Kiyevə ağır zərbələr endirib: 8 nəfər həlak olub, 33 nəfər yaralanıb

GÜNDƏM

Bugün, 09:59

Rusiya Ukraynanın paytaxtı Kiyevə ötən gecə ağır zərblər endirib.

Mia.az xarici mətbuata isttinadla bildirir ki, hava hücumu nəticəsində 8 nəfərin həlka olması təsdiqlənib, 33 nəfər isə yaralanıb.

Məlumata əsasən, yaralılardan bəzlərinin vəziyyəti ağırdır: "Onların arasında qadın, uşaq və yaşlı insanlar da var".

Kiyev meri Vitali Kliçko bildirib ki, bununla yanaşı, paytaxtın müxtəlif rayonlarında böyük dağıntılar var: "Solomyansk rayonunda isə uşaq xəstəxanasının binası zədələnib".

Ukrayna Dövlət Təcili Yardım Xidmətindən isə bildirilib ki, Sviyatoşinski, Darnitski və Solomyansk rayonlarında axtarış-xilasetmə əməliyyatları davam edir.

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR