Səlahəddin Dəmirtaş bu tarixdə azadlığa buraxılacaq? - "İnşallah, o, bizimlə olacaq"

Səlahəddin Dəmirtaş bu tarixdə azadlığa buraxılacaq? - \"İnşallah, o,  bizimlə olacaq\"

DÜNYA

Bugün, 20:10

2016-cı ilin noyabrın 4-də Ədirnə həbsxanasında həbs cəzasnı çəkən  HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşın azadlığa buraxılma tarixi bəlli olub.

Mia.az  Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Terrorsuz Türkiyə" prosesi ilə bağlı gələn ay azad olunacaq.

Bu barədə  DEM Partiyasının həmsədri Tuncer Bakırhan açıqlama verib.

O bildirib ki, partiyanın 6 sentaybrda keçirilməsi nəzərdə tutulan qurultaylına kimi Dəmirtaş buraxılacaq: "İnşallah, 6 sentyabrda o, bizimlə olacaq".

Xatırladaq ki, DEM Partiyasının qurultayı Nazım Hikmət Mədəniyyət Mərkəzində keçiriləcək.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR