Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü "Alyans hər cür təhdidlərə hazırdır" xəbərdarlığı etdi

Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü \"Alyans hər cür təhdidlərə hazırdır\" xəbərdarlığı etdi

DÜNYA

Bugün, 15:56

"Latviya hava məkanını pozan Rusiya PUA-sı Türkiyə və İtaliya hava qüvvələri tərəfindən birgə əməliyyatda vurulub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri  NATO sözçüsü Allison Hart deyib.

O əlavə edib ki, NATO hər bir üzvünün ərazi bütövlüyü və haqqını qorumaqda qərarlıdır: "Litvada yerləşən İtaliya Eurofighter təyyarələri və Estoniyadan olan Türkiyə F-16 təyyarələri Latviya hava məkanı üzərindəki pilotsuz uçuş aparatı səbəbindən havaya qaldırılıb. Alyans hər cür təhdidlərə hazırdır. NATO potensial təhdidlərə qarşı 24/7 hazırdır. Biz ərazimizi qorumağa və xalqımızın təhlükəsizliyini təmin etməyə davam edəcəyik".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR