Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçiriləcək - Daşkənddə 

Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçiriləcək - Daşkənddə 

İQTİSADİYYAT

Bugün, 12:51

Avqustun 22-də Daşkənddə Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyi məlumat yayıb.

Tədbir iki ölkə arasında ticarət-iqtisadi, investisiya və regionlararası əməkdaşlığın inkişafı üçün platforma olacaq.

Forumda Özbəkistan və Azərbaycanın işgüzar dairələri, dövlət orqanlarının nümayəndələri və investorlar iştirak edəcəklər.

Tədbirdə Azərbaycanı aqrobiznes və qida sənayesi, tikinti və inşaat materiallarının istehsalı, maşınqayırma, informasiya texnologiyaları və rəqəmsal həllər, logistika, səhiyyə, energetika, sənaye istehsalı, eləcə də peşəkar və konsaltinq xidmətləri sahələrində fəaliyyət göstərən aparıcı şirkətlər təmsil edəcək(report)

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR