Gecə yarısı qadınlar tərəfindən döyülən deputata cinayət işi açıldı - Partiyadan da qovulur

Gecə yarısı qadınlar tərəfindən döyülən deputata cinayət işi açıldı - Partiyadan da qovulur

SİYASƏT

Bugün, 11:52

Türkiyənin Ədirnə şəhərində dünən səhərə yaxın saat 04.15-də  evdə döyülən CHP-li deputat Əhməd Baran Yazqanla bağlı yeni xəbər var.

Mia.az Türkiyə mətbuatIa istinadla xəbər verir ki, Ankara Baş Prokurorluğu tanış olduğu qadınlarn evinə gedən və orada sərxoş olaraq onlara "qrup şəklində intim ələqə" tələb etdiyi üçün döyülən deputatla bağlı cinayət işi açıb. 

Prokurorluqdan bildirilib ki, sosial mediada hadisə ilə bağlı yayılan görüntülər və iddialar əsasında Yazqana qarşı "cinsi təcavüz" və "zorlamaya cəhd" ittihamları ilə istintaq başlayıb və gərəkli hüquqi addımlar atılır.

CHP sədr müavini və Partiya sözçüsü Müslim Sarı isə partiya üzvü olan deputatın bu hərəkətini qəbuledilməz sayıb: "CHP-nin Ədirnədən deputatı Ahmet Baran Yazqanın partiyadan  xaric edilməsi tələbi ilə İntizam Komitəsinə təlimat verildi".

Xatırladaq ki, gecə restoranda qadınlarla tanış olan deputat onlarla evə gedib, orada da içkinin dozasını qaçıran deputatla dava düşüb. Onu dyməkdə iddia olunan  3 nəfər  ifadələrində deputatı söyüş söyməkdə, qrup seksi tələbdə ittiham edirlər.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR