Baş konsul səfir təyin edildi - SƏRƏNCAM

Baş konsul səfir təyin edildi - SƏRƏNCAM

GÜNDƏM

Bugün, 11:28

Prezident İlham Əliyev bu gün daha iki sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Digər sərəncamı ilə həmin vəzifəyə Nərminə Elsevər qızı Mustafayeva təyin olunub.

Qeyd edək ki, N.Mustafayeva 2020-ci ildən Azərbaycanın Türkiyənin İstanbul şəhərində Baş konsulu vəzifəsində çalışıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR