Bakıda bir il əvvəl yoxa çıxan qadın: oğlu saxlanıldı - Üç qurum birgə məlumat yaydı
KRİMİNAL
Bugün, 17:51
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyən edilib.
Mia.az Baş Prokurorluğa istinadən xəbər verir ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla 1994-cü il təvəllüdlü Məmmədov Elnur Həsən oğlunun 2025-ci ilin iyul ayında aralarında yaranmış mübahisə zəminində birgə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evində anası Timofeyeva Lyudmila Veniaminovnanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurması, nəticədə ona sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi və həmin xəsarətlər nəticəsində sonuncunun ölməsi, daha sonra isə meyiti yaşadıqları fərdi yaşayış evinin həyətində basdırması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
İş üzrə icra olunan prosessual hərəkətlər, o cümlədən hadisə yerinə baxış zamanı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspertlərinin iştirakı ilə Timofeyeva Lyudmila Veniaminovnanın yaşadığı ünvanda qazıntı işləri aparılıb və orada insan skeleti aşkar edilərək götürülüb.
Qeyd olunan faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və toplanmış ilin sübutlar əsasında Elnur Məmmədov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona həmin maddə ilə ittiham elan edilib.
Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla, aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər davam etdirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM NAXÇIVANDA - FOTOLAR (YENİLƏNİB)
Bugün, 19:58 GÜNDƏM
-
İSRAİLLƏ TÜRKİYƏ ADDIM-ADDIM MÜHARİBƏYƏ YAXINLAŞIR? - İsrailli sabiq nazir elə iddialar səsləndirdi ki...
Bugün, 18:01 GÜNDƏM
-
Bakıda bir il əvvəl yoxa çıxan qadın: oğlu saxlanıldı - Üç qurum birgə məlumat yaydı
Bugün, 17:51 KRİMİNAL
-
Lənkəranda meşədə iki nəfərin meyiti tapılıb
Bugün, 17:30 CƏMİYYƏT
-
Dövlət Agentliyi "Kontakt Home"ni cəzalandırdı
Bugün, 17:23 İQTİSADİYYAT
-
Yunanıstanda Qərbi Nil virusuna yoluxma halları artıb - Ölənlər var
Bugün, 17:09 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Şadlıq evləri toy qiymətlərini artırdı - VİDEO
Bugün, 16:56 ŞOU-BİZNES
-
Elektron attestatlar myGov platformasına yerləşdirilib
Bugün, 16:47 CƏMİYYƏT
-
Zeynəb Xanlarovanın 90 illik yubileyi keçiriləcək
Bugün, 16:37 MƏDƏNİYYƏT
-
Mədəniyyət Nazirliyinin təqaüd proqramı: 17 nəfər xaricdə təhsil alacaq
Bugün, 16:19 MƏDƏNİYYƏT
-
Abşeron Suvarma Sistemləri İdarəsində yoxlamalar başlayıb
Bugün, 16:09 GÜNDƏM
-
Fələstin prezidenti Türkiyəyə gəlir
Bugün, 15:58 GÜNDƏM
-
Zelenskidən iddia: "Rusiya bizə qarşı Şimali Koreya raketlərindən istifadə edir"
Bugün, 15:52 GÜNDƏM
-
Ən çox şikayət olunan sığorta şirkətləri: Xalq Sığorta, Meqa Sığorta... - SİYAHI
Bugün, 15:47 İQTİSADİYYAT
-
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Bugün, 15:25 İQTİSADİYYAT
-
Bu nazirlikdə Baş İdarə ləğv olundu - İsaxan Aşurovun oğluna yeni vəzifə verildi (Yenilənib)
Bugün, 15:10 GÜNDƏM
-
Şərif Ağayar Kəramətin obyektlərindən danışdı: “İşin mənəvi tərəfi var ki, bu, haradandır?”
Bugün, 15:05 MƏDƏNİYYƏT
-
"Bu, həm Bakı, həm də Tehran üçün daha əlverişli perspektiv yaradır" - TƏHLİL
Bugün, 14:49 İDMAN
-
"Fənərbağça" məşhur hücumçu ilə razılaşdı - 2 illik müqavilə + 6 milyon avro...
Bugün, 14:06 İDMAN
-
Azərbaycanda unun topdansatış qiymətləri - SİYAHI
Bugün, 13:59 İQTİSADİYYAT
-
Dövlət Agentliyində yeni təyinat olub
Bugün, 13:55 GÜNDƏM
-
Bəşər Əsəd, qardaşı və əmisi oğlu barədə edam cəzası çıxarıldı
Bugün, 13:18 GÜNDƏM
-
İran XİN başçısı: "Həm müharibədə, həm də diplomatiyada qalib gəldik"
Bugün, 13:07 DÜNYA
-
Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
Bugün, 12:56 GÜNDƏM
-
DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib: "Əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin"
Bugün, 12:51 GÜNDƏM
-
Sabah yağışlı hava olacaq
Bugün, 12:24 GÜNDƏM
-
Lənkəranda biabırçı mənzərə - VİDEO
Bugün, 12:17 CƏMİYYƏT
-
Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Bugün, 12:11 CƏMİYYƏT
-
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir - FOTOLAR
Bugün, 12:11 İQTİSADİYYAT
-
Rəşid Mahmudov: “Kim qadağan edə bilər mənə bunu?"
Bugün, 11:59 PRESS
-
“Kristal AA”nın yaşayış binasında hostel... - Sakinlər ayağa qalxdı (AÇIQLAMA + VİDEO)
Bugün, 11:54 CƏMİYYƏT
-
"Korte Bəyannaməsi" qəbul olunub - Bakının təşəbbüsüylə + SƏNƏD
Bugün, 11:33 SİYASƏT
-
Xalq artisti oğlunun ad gününü belə qeyd etdi - VİDEO
Bugün, 11:19 ŞOU-BİZNES