Bu nazirlikdə Baş İdarə ləğv olundu - İsaxan Aşurovun oğluna yeni vəzifə verildi (Yenilənib)

Bu nazirlikdə Baş İdarə ləğv olundu - İsaxan Aşurovun oğluna yeni vəzifə verildi (Yenilənib)

GÜNDƏM

Bugün, 15:10

Fövqəladə Hallar Nazirliyində (FHN) Baş İdarə ləğv edilib.

Mia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, dövlət qurumlarında aparılan müvafiq struktur islahatları çərçivəsində FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi ləğv olunub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Məsələ ilə bağlı FHN-nə sorğu ünvanlamışıq.

Qeyd edək ki, 24 dekabr 2024-cü ildən sözügedən idarənin rəisi polkovnik Kənan Aşurov idi. O, mərhum hüquqşunas, sabiq polis rəisi İsaxan Aşurovun oğludur.

***

Məlumata görə, polkovnik Kənan Aşurov FHN-nin Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR