17 yaşlı türk qolkiper İngiltərə komandasına gedir

17 yaşlı türk qolkiper İngiltərə komandasına gedir

İDMAN

Bugün, 10:02

Bu mövsüm İngiltərə Premyer Liqasında mübarizə aparacaq "Hull City" komandasına Türkiyədən yeni qapıçı alınır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  Acun Ilıcalının sahibi olduğu İngiltərə komandası hazırda "Kayserispor"un qapısını qoruyan 17 yaşlı Deniz Eren Dönmezeri heyətinə qatmağa hazırlaşır.

Məlumata görə, artıq klublar arasında 1 milyon avroluq transfer sövdələşməsi olub: "Yaxın günlərdə tərəflər rəsmi müqaviləyə imza atacaqlar"

Xatırladaq ki, Deniz Eren Dönmezer peşəkar karyerasına "Adana Demirspor"da başlayıb. O, bu komandada 24 matçda forma geyinib və daha sonra "Kayserispor"a tarnsfer olunub.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR