TÜRKİYƏDƏ TARİXİ QANUN LAYİHƏSİ QƏBUL EDİLDİ: PKK arxivə qovuşur? - Nələr olacaq?

TÜRKİYƏDƏ TARİXİ QANUN LAYİHƏSİ QƏBUL EDİLDİ: PKK arxivə qovuşur? - Nələr olacaq?

GÜNDƏM

Bugün, 00:05

Türkiyə parlamenti PKK terrorçularını cəzadanazad edəcək, lakin qruplaşma lideri Abdullah Öcalana aid edilməyəcək "Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi" adlı Qanun Layihəsini qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, qanun layihəsi PKK/KCK terror təşkilatını yaratmaq və ya idarə etmək, təşkilatın üzvü olmaq, bilərəkdən və könüllü olaraq ona kömək etmək, təşkilatın təbliğatı ilə məşğul olmaq, eləcə də təşkilatın fəaliyyəti çərçivəsində törədilən cinayətləri və "Terrorizmin Maliyyələşdirilməsinin Qarşısının Alınması haqqında Qanun"la təsbit olunan törədilən cinayətləri əhatə edir.

Məluumata əsasən, layihə Prezident Ərdoğan tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Bundan sonra qeyd edilən cinayətlərə görə ümumilikdə 15 il və ya daha az müddətə məhkum edilmiş məhkumların cəzalarının icrası, təşkilatın fəaliyyəti çərçivəsində törədilmiş qəsdən adam öldürməyə görə məhkum edilmişlər və 1 iyun 2005-ci il tarixindən əvvəl törədilmiş cinayətlərə görə ömürlük həbs və ya ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilmişlər istisna olmaqla 5 il, 15 ildən çox müddətə, ömürlük həbs və ya ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilmiş məhkumların cəzalarının icrası isə 10 il təxirə salınacaq. Əgər bu müddət ərzində onlar hər hansı bir cinayət törətməzlərsə, cəzadan birdəfəlik azad olunacaqlar.

Qanuna nəzarət Vitse-prezidentin sədrliyi ilə Ədliyyə Naziri, Xarici İşlər Naziri, Daxili İşlər Naziri, Milli Müdafiə Naziri, Prezident Administrasiyasının Baş Katibi, Milli Kəşfiyyat Təşkilatının direktoru və Milli Təhlükəsizlik Şurasının Baş Katibindən ibarət Şura tərəfindən həyata keçiriləcək.

Bundan başqa,terorçuların thvil verdiyiiütün silahlar, nəqliyyat vasitələri, avadanlıqlar, partlayıcı maddələr və materiallar qeydiyyata alınacaq.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR