Çində fırtına: bir milyondan çox insan təxliyə edildi

Çində fırtına: bir milyondan çox insan təxliyə edildi

DÜNYA

10.08.2026, 09:49

"Delfin" adı verilən tayfun  Çinin Şanxay bölgəsi daxil olmaqla, şərqində böyük təhlükələrə yol açıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, fırtına əvvəlcə Zhejiang əyalətinin Yuhuan şəhərinə 150 kilometr sürətlə yetişib: "Tayfun təxminən bir saat sonra Venzhou şəhərinə ikinci dəfə çatıb. Fırtına bölgədə nəqliyyatın hərəkətini dayandırıb. Təkcə Şanxayda 1400 uçuş ləğv edilib. Çin hakimiyyəti Delfin tayfununa görə ən yüksək səviyyə olan qırmızı həyəcan siqnalı verib, bir milyondan artıq insan evlərindən təxliyyə olunub. Bazar ertəsi Şandun, Henan, Hubei, Anhui, Jiangsu və Zhejiang əyalətlərində, eləcə də Şanxay şəhərində güclü yağış proqnozlaşdırılıb."

Tahir 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR