İran-ABŞ gərginliyi: Tehran boğazın açılması üçün təzminat və 6 yeni şərt irəli sürüb, Tramp isə prosesi uzadır

İran-ABŞ gərginliyi: Tehran boğazın açılması üçün təzminat və 6 yeni şərt irəli sürüb, Tramp isə prosesi uzadır

GÜNDƏM

10.08.2026, 09:27

"İran Hörmüz boğazının qismən açılması üçün Omana ABŞ-ın yerinə yetirməli olduğu bir sıra şərtlər irəli sürüb. Bu şərtlərə müharibə təzminatının ödənilməsi də daxildir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu iddianı "Axios" qələmə alıb.

Nəşrin materialına görə, İran xəbərdarlıq edib ki, ABŞ altı vacib şərti yerinə yetirənə qədər boğaz bağlı qalacaq.

Məlumatda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Bağır Zülqədrin də fikirlərinə yer verilib. O bildirib ki, ABŞ İrana və onun müttəfiqlərinə əsassız müharibə elna etməklə bu ölkələrə böyük zərər verib: "Bu səbəbdən İran başda olmaqla, Livan, Fələstin, Yəmən və İraqdakı müttəfiqlərimizə müharibənin daimi dayandırılması şərti daxil,  altı şərtimiz yerinə yetirənə qədər boğaz bağlı qalacaq".

Maraqlı budur ki, hazırkı qeyri-müəyyən vəziyyət və rəsmi Tehranln əlavə ərtlər irəli sürməsi ABŞ-ın raket ehtiyatlarını tükəndirdiyi bir vaxta təsadüf edib.

Nəşr yazır ki, İranln artan şıltaqlığı artıq Tramp administrasiyasını "boğaza yığıb": "Bu səbəbdən silah şirkətlərindən istehsalı sürətləndirmək tələbiylə yanaşı, yeni təzyiq elementləri üzrə planlar haırlanır. ABŞ müdafiə nazirinin müavini Stiv Feynberq şirkətlərə daha sürətli istehsalı artırmaq üçün üç həftə vaxt verib".

Nəşr yazır ki, İranın yeni tələbləri, ABŞ-ın isə sürsat çatışmazılığı səbəbindən Tramp müharibəni bilərkdən dayandırmaqla, danışıqlar prosesini uzadır: "Yəqin ki, əlavə silah tədarükü və istehsalından sonra Tramp daha əmin və qətiyyətli formada bu prosesi bitrməyi sürətləndirəcək"

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR