Bələdiyyə sədri Məhəmməd Salaha torpaq təklif elədi: "Gəl burada yaşa, qarşıdakı illərdə Misirdə elə isti hava olacaq ki..."

Bələdiyyə sədri Məhəmməd Salaha torpaq təklif elədi: \"Gəl burada yaşa, qarşıdakı illərdə Misirdə elə isti hava olacaq ki...\"

İDMAN

Bugün, 16:11

Dünən "Trabzonspor"la ili 17 milyon avroya rəsmən anlaşan misirli dünya səviyyəli hücumçu Məhəmməd Salaha Trabzon şəhərinin Araklı bələdiyyə sədri dünyanın diqqətini çəkən təklif edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bələdiyyə sədri Hüseyn Avni Coşkun Çebi Salahla görüşəndə ona rəhbərlik etdiyi bələdiyyə ərazisində torpaq sahəsi təklif edib: "Bilirsən, qlobal istiləşmə dünyanı təhdid edir. Gələcəkdə yay aylarında Misirdə yaşamaq çox çətin olacaq. Həmin illərdə rayonumuz yaşamaq üçün çox əlverişli olacaq. Qlobal istiləşmədən ən az təsirlənən yer buradır. Sizə gözəl bir torpaq sahəsi verək. Nəvələrinizə və uşaqlarınıza gələcəkdə su problemlərindən azad və qlobal istiləşmədən təsirlənməyən gözəl bir coğrafiyada yaşayın. Sizə bunu təklif edirəm."

Məlumatda deyilir ki, Salah təklifdən xoşahal olduğunu göstərsə də, cavabsız buraxıb.

FƏRİD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR