ABŞ prezidenti İranla sülhün anonsu verdi: "Danışıqlarda özüm də iştirak edirəm"

ABŞ prezidenti İranla sülhün anonsu verdi: \"Danışıqlarda özüm də iştirak edirəm\"

GÜNDƏM

Bugün, 14:09

"İranla danışıqlar yaxşı gedir, tezliklə razılaşman əldə oluna bilər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə jurnalistlərə açıqlamasında deyib.

Tramp bildirib ki, İranla anlaşma sağlanan kimi, dünya yanacaq böhranı da özlüyündə həll olunacaq: "Müharibə bitən kimi benzinin qiyməti düşəcək. hesab edirəm,  bu, çox tezliklə baş verəcək. Düşünmürəm ki, İran daha çox davam gətirə bilər. Danışıqları müsbət gedir. Mən də danışıqlarda iştirak edirəm. Biz çox yaxşı iş görürük. Razılaşma tezliklə baş verə bilər."

Hörmüz boğazı ilə bağlı gərginliyə gəlincə, Tramp bildirib ki, hələlik Tehranla bu məsələdə tam razılığa gəldiklərini deyə bilmir: "Amma proses davam edir. ABŞ boğaza blokada yolu ilə nəzarət edir".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR