Qara dənizdə Türkiyəyə məxsus daha bir gəmi dronla təhdid olunub - Rəsmi Ankaradan xəbərdarlıq

Qara dənizdə Türkiyəyə məxsus daha bir gəmi dronla təhdid olunub - Rəsmi Ankaradan xəbərdarlıq

GÜNDƏM

Bugün, 19:59

Dünən Qara dənizdə Türkiyəyə məxsus gəmisinə dron hücumundan sonra gərginlik pik həddə çatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünənki hücumda zədlənən türk gəmiisi Rusiya dəniz qüvvələrinin müşaiyyəti ilə Rusiya limanına çəkilib.

Məlumata görə, bu gün daha bir türk gəmisi yenə Ukrayna dronu ilə təhdid olunub: "Rusiyanın Tuapse limanında olan bir türk Ro-Pax gəmisi Ukrayna dronları tərəfindən təqib edilib. Xoşbəxtlikdən dron hücuma yönləndirilməyib. Lakin yayılan görüntülərdən də aydın olur ki,  gəmi heyəti çox böyük həyəcan içində can qorxusuna düşüblər..."

Türkiyə Xarici İşlər Nazirliyi Qara dənizdə dünən vurulan, bu gün isə təqib olunan gəmilərlə etiraz bəyanatı yayıb: "Türkiyəyə məxsus "Yaşar" və "Nadejda" mülki gəmiləri dünən axşam (3 avqust) Novorossiysk limanından yola düşdükdən sonra dronlar tərəfindən hücuma məruz qalıb. Nəticədə vətəndaşlarımızın da aralarında olduğu bir qrup şəxsi heyət yaralanıb. Bu gün isə daha bir gəmimiz təqibə məruz qalıb. Hər kəs bilsin ki, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Vəziyyəti çox yaxından izləyirik.

Bütün xəbərdarlıqlarımıza baxmayaraq, mülki gəmilərə təsir edən Qara dənizdə Rusiya ilə Ukrayna arasında artan münaqişə ilə bağlı ciddi narahatlığımız var. Əgər qabaqlayıcı tədbirlər görülməsə, Qara dənizdə eskalasiyanın qida təhlükəsizliyi də daxil olmaqla çoxşaxəli mənfi nəticələri olacaq. Buna görə də, bütün müvafiq tərəfləri, xüsusən də müharibə edən tərəfləri Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün təcili olaraq konkret tədbirlər həyata keçirməyə çağırırıq".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR