Əfsanəvi aktyor Ceki Çan Bakıya gəlib

Əfsanəvi aktyor Ceki Çan Bakıya gəlib

MƏDƏNİYYƏT

Bugün, 11:25

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan “Tanrının zirehi 4: Ultimatum” beynəlxalq macəra filminin Bakıdakı çəkilişlərinə başlayacaq.

Məlumat üçün bildirək ki, ötən gündən sosial şəbəkələrdə aktyorla Bakıda çəkilmiş kimi təqdim olunan çoxsaylı fotolar yayılıb. Lakin dünən paytaxtda olan şəxs Ceki Çanın özü deyil, onun dublyorudur. Dublyor Bakıda çəkilişlərin aparılacağı məkanlarda olub. Eyni zamanda bəzi fotoların süni intellektlə hazırlanması da istisna edilmir. 

Xatırladaq ki, “Armour of God IV: Ultimatum” (“Tanrının zirehi: Ultimatum”) adlı filmin 4-cü hissəsinin çəkilişləri Qazaxıstanda və Azərbaycanda baş tutacaq.

Aktyor sözügedən filmdə məşhur “Asian hawk” (“Asiya qartalı”) obrazını canlandıracaq. Kadrlarda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı görünəcək.

Qeyd edək ki, “Tanrının zirehi 4: Ultimatum” filminin premyerasının 2027-ci ildə baş tutması planlaşdırılır. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR