"SOCAR-da vəzifəli şəxslər üçün o qədər lazımsız ştatlar yaradılıb ki..." - Komitə sədri şirkətin açıqlaması ilə razılaşmır, "dövlət başçısı bu sahayə təcili müdaxilə etməlidir" deyir
İQTİSADİYYAT
Bugün, 11:40
Xəbər verdiyimiz kimi, SOCAR bu gün qurum və onun tabeliyində olan şirkətlərdə kütləvi ixtisarlarla bağlı açqlama yayıb.
Mia.az xəbər verir ki, açıqlamada bir sıra sosial media resurslarında yayılan ixtisarla bağlı məlumatlar təkzib olunub. İddia olunub ki, hər hansı rəsmi mənbəyə əsaslanmayan rəqəmlər və iddialar həqiqəti əks etdirmir.
Məsələ ilə bağlı Mia.az-a açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, iddiaların əksinə olaraq, SOCAR və onun tabeliyindəki qurumlarda optimallaşdırma və digər adlar altında ixtisarlar indi də davam edir:
MİRVARİ QƏHRƏMANLI
"Qaldı SOCAR-ın bununla bağlı açıqlamasına, bu, "üzrü günahından betər məsəli"ni xatırladır. Artıq ilyarımdan çoxdur ki, SOCAR-ın bütün strukturlarında müxtəlif adlar altında ixtisarlar gedir. Bu, göz qabağındaıdr. Təbii ki, ixtisarın daha çox gözə çarpmaması üçün onlar hesabatlarında başqa "terminlər"dən istifadə edirlər.
Məsəl üçün, "Azərkimya", Neft Emalı Zavodu, informasiya texnologiyaları və digər sahələr üzrə yaşı 50-dən çox işçilərə psixolji təzyiqlə ərizə yazdırıb, nə qədər işçisini uzaqlaşdırıblar. Başqa sahələrdə də yaşı 60-dan yuxarı olanlara ərizə yazdırıblar. Mən hətta bu barədə "Azneft"in hesabat xarakterli məktubunu dərc edərək, bunu sübut elədim. Şirkət isə bunu etiraf etmək istəmir, müxtəlif bəhanələrlə gözə kül üfürürlər. Fakt isə budur ki, şirkətdə xeyli fəhlə ixtisar olunub...".
Komitə sədri deyib ki, şirkətdə təcrübəli işçilərin ixtisara salınması halları da az deyil. Bununla yanaşı, müddətli müqavilələrlə işə götürülən işçilərlə sonradan müqavilə müddətinin uzadılmaması halları da çoxdur: "Halbuki daimi işlərdə müvəqqəti, yəni, müddətli müqavilə ilə işçi götürmək qanunsuzdur. Ancaq götürüblər. İxtisara salınan xeyli işçi də bu cür müqaviləli olanlar olub ki, sonradan onlarla işləməkdən imtina edilib. Bir sözlə, müxtəlif bəhanələrlə ilyarım ərzində kifayət qədər böyük işçi SOCAR-a məxsus qurumlardan yola salınıblar.
Hazırda məsələn, "Azəriqaz"da ixtisarlar davam edir. Maraqlı budur ki, nə qədər usta, çilingər, laborant, operator və sair sahələr üzrə işçi ixtisar olunur, qarşılığında isə nə qədər departament, şöbə yaradılır, ora kabinet məmurları işə götürürlər. Məhz bu səbəbdən SOCAR rəsmiləri ümumi işçi sayını nəzərə alaraq deyir ki, şirkətin işçi sayında azalma yoxdur. Azalma yoxdursa, yəni, kütləvi ixtisarda yoxdur. Yəni, bir tərəfdən fəhlə sinifi yola salınsa da, yerlərinə yeni yaradılmış qurumlarda açılan ştatlara vəzifəli şəxslər götürülür. Nəticə etibarı ilə şirkətin ümumi işçi sayında kütləvi azalma gözə çarpmır. Bununla kütləyə maniplülatif açıqlama verirlər. Araşdırın baxın SOCAR-ın özündə, "Azəriqaz"da bir-birinə yaxın nə qədər lazımsız, bir-birlərini az qala təkrarlayan departament, şöbə və ya digər ştatlı qurumlar açılıb? Və ora kimlər işə alınıblar?
Ən maraqlı məqam isə odur ki, bunun müqabilində hasilatı qaldıra, dinamik idarəetmə belə yarada bilmirlər. Ancaq görün, bunun qarşılığında nə baş verir? Hələ də yuxarı stukturlarla yeni ştatlar açaraq ora özlərinə yazınları işlə təmin edirlər. Bu, təbii ki, yaxşı idarəetmənin olmamasının bariz nümunəsidir. Şəksiz ki, yaxşı idarəetmə peşəkar komandadan qaynaqlanır.
Hesab edirəm ki, işçilərin ixtisarına paralel olaraq, bir vəzifəli işçiyə ikinci yüksək vəzifənin həvalə olunması, yeni mənasız qurumların artması və sair neqativ hallar diqqətl, müstəqil audit qurumlar tərəfindən, hətta deyərdim ki, dövlət səviyyəsində yoxlanılmalı, araşdırılmalıdır. O zaman üzə çıxacaq ki, kütləvi ixtisarlar və ya "təbii axın" deyəndə nələr nəzərdə tutulur.
Əlbəttə, SOCAR son açıqlaması ilə çox məharətlə "kütləvi ixtisar" sözündən yayınmağa çalışır. Ona görə də deyirəm və çox istərdim ki, dövlət başçısı İlham Əiyev nə qədər gec deyil, buranı şəxsi nəzarətinə götürməlidir..."
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Biznesmenlərin 3 milyon pulu... - 3 nəfərə hökm oxundu
Bugün, 13:56 KRİMİNAL
-
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək - Xəbərdarlıq + VİDEO
Bugün, 13:52 CƏMİYYƏT
-
Bu yüklərin gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək - FƏRMAN
Bugün, 13:50 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev gömrüklə bağlı fərman imzaladı - Dəyişiklik
Bugün, 13:19 İQTİSADİYYAT
-
Ceyhun Bayramov: "ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdik"
Bugün, 13:07 SİYASƏT
-
6 TƏHLİL MƏRKƏZİ EYNİ MÖVZUDA SORĞU KEÇİRDİ - Hansı partiya öndədir?
Bugün, 12:59 SİYASƏT
-
BU İCRA BAŞÇILARI VƏZİFƏDƏN AZAD EDİLDİ - Yeni təyinatlar (YENİLƏNİB)
Bugün, 12:47 GÜNDƏM
-
Ceyhun Bayramov ATƏT sədri ilə geniş tərkibdə görüş keçirib - MÜZAKİRƏ + FOTO
Bugün, 12:37 SİYASƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:25 CƏMİYYƏT
-
Yeni rektor universitet kollektivinə təqdim edildi - FOTOLAR
Bugün, 12:18 GÜNDƏM
-
Bakıya gələn həftə meteor yağışı yağacaq
Bugün, 12:11 GÜNDƏM
-
Şahbuzda zəlzələ olub
Bugün, 12:05 GÜNDƏM
-
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bugün, 12:05 CƏMİYYƏT
-
Ukraynada Azərbaycanəsilli hərbçilərin görüşü olub - FOTO
Bugün, 11:57 CƏMİYYƏT
-
UNİVERSİTETLƏRƏ İXTİSAS SEÇİMİ BAŞLAYIR - Tarix açıqandı
Bugün, 11:48 GÜNDƏM
-
"SOCAR-da vəzifəli şəxslər üçün o qədər lazımsız ştatlar yaradılıb ki..." - Komitə sədri şirkətin açıqlaması ilə razılaşmır, "dövlət başçısı bu sahayə təcili müdaxilə etməlidir" deyir
Bugün, 11:40 İQTİSADİYYAT
-
Əfsanəvi aktyor Ceki Çan Bakıya gəlib
Bugün, 11:25 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramov İsveçrə XİN başçısı ilə görüşdü - FOTOLAR (YENİLƏNİB)
Bugün, 11:09 SİYASƏT
-
İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edilib
Bugün, 11:07 KRİMİNAL
-
Daha bir CHP-li bələdiyyə sədri saxlanıldı
Bugün, 10:32 GÜNDƏM
-
Prezidentin köməkçisi: "Ermənistanda yeni konstitusiyanın qəbulu üçün proses başlamaqdadır"
Bugün, 10:23 GÜNDƏM
-
Julian Alvarez addım-addım "Barselona"ya - Klub təklifi 115 milyon avroya qaldıracaq
Bugün, 10:16 İDMAN
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 10:14 İQTİSADİYYAT
-
SOCAR-da işçilər kütləvi ixtisar olunur? - Şirkət bunu "təbii axın"la əlaqələndirir
Bugün, 10:10 İQTİSADİYYAT
-
"Fatih Karagümrük" Doruxan Toközü açıqladı
Bugün, 10:04 İDMAN
-
Dövlət Miqrasiya Xidməti məlumat yayıb
Bugün, 09:48 CƏMİYYƏT
-
"Fənərbağça" Markuş Reşfordu transfer etmək istəyir - Klub təklif hazırlığında...
Bugün, 09:44 İDMAN
-
Hikmət Hacıyev türkiyəli qonaqlarla bir arada - Üç saatlıq görüşdə nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 09:35 SİYASƏT
-
Maurisio Poçettino ilə müqavilə müddəti uzadıldı - 4 il
Bugün, 09:26 İDMAN
-
Ağdamda əkin sahələrini qəsdən yandıran şəxs saxlanılıb
Bugün, 09:21 KRİMİNAL
-
"Çelsi" təcrübəli oyunçu Cordan Henderson ilə müqavilə imzaladı
Bugün, 09:17 İDMAN
-
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı
Bugün, 09:10 İQTİSADİYYAT
-
"Ayaks" Julian Brandtı heyətinə qatdı
Bugün, 09:09 İDMAN
-
Qara dənizdə savaş şiddətlənir - Rusiya Ukraynanın 4 gəmisini vurub
Bugün, 00:29 DÜNYA