Məşhur aktyor həbs edildi: "Peşman deyiləm, günahsızam"

Məşhur aktyor həbs edildi: \"Peşman deyiləm, günahsızam\"

MƏDƏNİYYƏT

Bugün, 09:41

Bir neçə gün əvvəl saxlanılan Ankaranın Etimesgut Bələdiyyəsinin sədri, məşhur aktyor, CHP fəalı Erdal Beşikçioğlu bu gün sübh çağı məhkəmə  qarşısına çıxarılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  Məhkəmə o və inunla birgə saxlanılan 40 nəfərin barəsində həbs qətimkan tədbiri seçib.

Məlumata əsasən, həbs edilənlərə Etimesgut Bələdiyyəsinə qarşı "tender saxtakarlığı", "hədə-qorxu ilə pul tələb etmək" və "cinayət törətmək məqsədiylə təşkilatlanmaq" maddələrini özündə birləşdirən ittihamlar verilib.

"Behzat Ç." serialı serialıı ilə daha da mşhurlaşmış Erdal Beşikçioğlu hətta vaxtilə bu serailın çəkilişlərində bələdiyyə resurslarından istifadə edildiyi iddiaları ilə bağlı bir sualı da məhkəmədə cavablandırıb. O, digər ittihamlar kimi, bu iddianı da rədd edib.

Ankara Qərbi Baş Prokurorluğunda ifadə verən aktyor məhkəmədə ifadəsini təkrarlıayıb və "günahsızam" deyib. O, həmçinin hakimin "peşmanlıq madddəsi"ndən yararlanıb-yararlanmamaq təklifinə də rədd cavabı verib: "Peşman deyiləm. Etməyim şeylərə görə niyə peşman olmalıyam ki? Təqdir sizindir..."

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR