“Cəbiş müəllim”in qızı ilə Rövnəq Abdullayevin kürəkəninin əsas pay sahibi olduğu bank arasında qalmaqal: “Bizdən razılıq alınmayıb”
İQTİSADİYYAT
Bugün, 00:23
“Rabitəbank” "Bizim Cəbiş müəllim" filminin məşhur obrazından reklam çarxında istifadə edib.
Mia.az Bizim media-ya istinadən xəbər verir ki, “Rabitəbank” tərəfindən hazırlanan reklam çarxında Cəbiş müəllim obrazından pul krediti şərtlərinin təqdimatı məqsədilə istifadə edilib. Video süni intellekt vasitələrindən istifadə edilməklə hazırlanıb və bu proses zamanı müəllif hüquqları ilə bağlı məsələlər nəzərə alınmayıb. Bu addım isə ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Beynəlxalq Türk Müəllifləri Birliyi (BEYTÜM) də məsələyə etirazını bildirib. Birliyin rəhbəri Xəyal Rza milli-mənəvi dəyərlərin kommersiya məqsədləri üçün istifadəsi zamanı müəllif hüquqları və etik məsələlərin nəzərə alınmasının vacibliyini vurğulayıb. Məsələyə "Cəbiş müəllim" obrazı ilə milyonların sevgisini qazanan Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova da münasibət bildirib. O, açıqlamasında atasının yaratdığı unudulmaz obrazın bu şəkildə kommersiya məqsədləri üçün istifadəsini ürəkağrısı ilə qarşıladığını deyib. Sevil Ələsgərovanın sözlərinə görə, sözügedən reklam çarxı hazırlanmazdan əvvəl “Rabitəbank” tərəfindən onlarla heç bir əlaqə saxlanılmayıb və obrazın istifadəsi ilə bağlı hər hansı razılıq alınmayıb: "Atam ömrünü aktyorluq sənətinə həsr etmiş bir sənətkar idi. Onun yaratdığı Cəbiş müəllim obrazı isə illər keçsə də, insanların yaddaşında yaşayır. "Bizim Cəbiş müəllim" də bizim milli sərvətimizdir. Belə bir əsərin və onun obrazlarının pul qazanmaq məqsədilə reklama çevrilməsi məni çox məyus etdi. “Rabitəbank”ın bu addımını pisləyirəm. Bu, təkcə müəllif hüquqları məsələsi deyil, həm də sənətkara və onun yaratdığı irsə münasibətdir", – deyə Sevil Ələsgərova bildirib. Onun sözlərinə görə, belə hallarda müəlliflərin və onların hüquqi varislərinin razılığı alınmalı, milli mədəni irsə daha həssas yanaşılmalıdır. Xatırladaq ki, məsələ “Rabitəbank”ın “Bizim Cəbiş müəllim” filmindəki məşhur obrazdan reklam çarxında istifadə etməsindən sonra gündəmə gəlib. Reklamda Cəbiş müəllim obrazı kredit şərtlərinin təqdimatı məqsədilə istifadə olunub. İctimai müzakirələr zamanı bildirilib ki, obrazın arxasında dayanan böyük sənət irsi – Həsən Seyidbəylinin rejissorluğu, Maqsud İbrahimbəyovun ssenarisi, Süleyman Ələsgərov və Emin Sabitoğlu kimi sənətkarların yaradıcılığı dayanır. Sözügedən istifadə zamanı həmin sənətkarların ailələri və hüquqi varisləri ilə razılaşma məsələsi də suallar doğurub.
Mia.az xatırladır ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 11,48 %-I Zakir Nuriyevə, 9,11 %-i Dilarə Nuriyevaya, 0,14 %-i isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus təşkilatlara məxsusdur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Liqası: "Qarabağ" penaltilərdə uduzdu (Yenilənib)
Bugün, 00:48 İDMAN
-
“Cəbiş müəllim”in qızı ilə Rövnəq Abdullayevin kürəkəninin əsas pay sahibi olduğu bank arasında qalmaqal: “Bizdən razılıq alınmayıb”
Bugün, 00:23 İQTİSADİYYAT
-
Türkiyədə məşhur iş adamı tutulub
Bugün, 00:22 KRİMİNAL
-
"TGRT Haber"dən ayrılan aparıcı saxlanıldı - İki maddə ilə
Bugün, 00:05 PRESS
-
Avroliqa: "Beşikaş" növbəti mərhələyə yüksəldi
Bugün, 00:02 İDMAN
-
"Telegram"ın qurucusundan Rusiyanın qərarına ilk reaksiya: "Senzuradan imtina etdiyim üçün..."
Bugün, 00:01 PRESS
-
Konfrans Liqası: "Neftçi" də yarışa "əlvida" dedi (Yenilənib)
30.07.2026, 22:54 İDMAN
-
Vüqar Rəhimzadə: Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir
30.07.2026, 22:20 SİYASƏT
-
Konfrans Liqası: "Zirə" yarışı tərk etdi (Yenilənib)
30.07.2026, 21:52 İDMAN
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyinatı oldu - O, kimdir?
30.07.2026, 20:51 GÜNDƏM
-
RƏSMİ BAKIDAN FRANSA XİN-in BƏYANATINA ETİRAZ: "...qətiyyətlə rədd edirik"
30.07.2026, 20:14 SİYASƏT
-
Baş Prokurorluq Ukraynada saxlanılan azərbaycanlı barədə xəbər yaydı
30.07.2026, 20:02 KRİMİNAL
-
Geyim mədəniyyəti və insan haqqında yaranan ilk təəssürat... - Vahid Tağıyev yazır
30.07.2026, 19:46 YAZARLAR
-
Saxta fişinq saytları... - Kart məlumatlarını ələ keçirən daha iki nəfər saxlanılıb
30.07.2026, 19:38 KRİMİNAL
-
Prezident İlham Əliyev Qırğızıstanda - FOTOLAR (Yenilənib)
30.07.2026, 19:33 GÜNDƏM
-
Deputat CHP-yə geri döndü
30.07.2026, 19:29 SİYASƏT
-
Şortiklə gəldi, telefonu ilə oynadı... - Senatorun Netanyahu ilə görüşdəki saymazyana davranışı dünya gündəmində + FOTO
30.07.2026, 18:00 DÜNYA
-
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı - Nazirlik açıqladı
30.07.2026, 17:45 GÜNDƏM
-
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar - FOTOLAR
30.07.2026, 17:30 İDMAN
-
Komitə sədri polkovniki idarə rəisi təyin edib
30.07.2026, 17:21 CƏMİYYƏT
-
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artırıldı
30.07.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
30.07.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub - Odessa yaxınlığında
30.07.2026, 16:49 GÜNDƏM
-
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
30.07.2026, 16:37 GÜNDƏM
-
İRAN 6 F-35 QIRICISINI VURUB? - SEPAH açıqlama yaydı, CENTCOM rədd etdi (YENİLƏNİB)
30.07.2026, 16:29 GÜNDƏM
-
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatı artıb - Son həftədə
30.07.2026, 16:18 İQTİSADİYYAT
-
Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb
30.07.2026, 16:11 İQTİSADİYYAT
-
Mətbuatda press-reliz yayımı - Aqrar Kredit və İnkişaf Agentliyi 59 min xərcləyəcək
30.07.2026, 16:00 İQTİSADİYYAT
-
Azər Qəribin oğluna vəzifə verilib
30.07.2026, 15:28 İQTİSADİYYAT
-
İsrail Qəzzaya yenidən hücum edib
30.07.2026, 15:14 DÜNYA
-
“Azərpoçt”u bu heyət idarə edəcək: onlar kimdir? - TƏYİNATLAR + FOTO
30.07.2026, 15:06 CƏMİYYƏT
-
Agentlik sədri daha bir direktoru yola saldı - Şamxalov getdi, Quliyev gəldi
30.07.2026, 14:53 CƏMİYYƏT
-
CHP-dən istefa verən İzmirin bələdiyyə sədri AKP-yə keçir? - "Mən bu ölkəyə heç vaxt xəyanət etmərəm"
30.07.2026, 14:31 DÜNYA
-
Kanadanın keçmiş baş naziri dünyaca məşhur pop ulduzla elə anda "yaxalandı ki..." - FOTO
30.07.2026, 14:14 ŞOU-BİZNES