Şortiklə gəldi, telefonu ilə oynadı... - Senatorun Netanyahu ilə görüşdəki saymazyana davranışı dünya gündəmində + FOTO

Şortiklə gəldi, telefonu ilə oynadı... - Senatorun Netanyahu ilə görüşdəki saymazyana davranışı dünya gündəmində + FOTO

DÜNYA

Bugün, 18:00

ABŞ-a səfərində senatorla görüşən İsrail Baş naziri Benyamin Netanyahu gözlənilməz davranışla qarşılaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, senator Con Fettermanla görüşü zamanı Netanyahu diplomatik protokola tamamilə zidd davranışdan pərt olub.

Görüş otağına  tamamilə qeyri-peşəkar şəkildə, şortik və kapüşonlu köynəklə gələn senatorun bu azmış kimi görüş boyu ayağını ayağının üstə aşıraraq Netanyahunu görməzdən gəlməsi, diqqətini telefonuna verərək onunla oynaması dünya mediasının gündəminə "bomba" kimi düşüb.

Görüşlə bağlı yayılan videoda Netanyahu danışır, senator isə bir an olsun başını telefonundan qaldırmır...

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR