Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - Odessa yaxınlığında

Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - Odessa yaxınlığında

GÜNDƏM

Bugün, 16:49

Ukraynada Azərbaycan dənizçilərinin olduğu gəmi bu gün dron hücumuna məruz qalıb.

Mia.az Oxu.Az-a istinadla bildirir ki, Odessa limanı yaxınlığında "Albatros Corporation" şirkətinə məxsus "ATA-2" quru yük gəmisinə üç pilotsuz uçuş aparatı (PUA) zərbə endirib və nəticədə layner ciddi ziyan görüb.

Hazırda gəmi Rumıniyanın Sulina limanına yaxınlaşır.

Məlumata görə, gəmidə 13 nəfərlik heyət olub. Onlardan biri Türkiyə, 12-si isə Azərbaycan vətəndaşıdır.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR