İRAN 6 F-35 QIRICISINI VURUB? - SEPAH ABŞ-ın son hücumu ilə bağlı açıqlama yayıb

İRAN 6 F-35 QIRICISINI VURUB? - SEPAH ABŞ-ın son hücumu ilə bağlı açıqlama yayıb

GÜNDƏM

Bugün, 16:29

İran İnqilab Keşikçiləri Korpusu  İordaniyada yerləşən ABŞ hərbi qüvvələrinin Əl-Əzraq bazasını ballistik raketlərlə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) açqlama yayıb.

Açıqlamada iddia olunub ki, yeni ballistik raket hücumu nəticəsində ABŞ ordusunun çoxlu hərbçisi ölüb və ya yaralanıb: "Bununla yanaşı, ABŞ-a məxsus  F-35 qırıcı təyyarəsi məhv olunub, 3-ü ciddi şəkildə zədələnib".

Məlumatda deyilir ki, bu hücum ABŞ-ın Qeşm adasına hücumuna cavab olaraq, həyata keçirilib: "ABŞ-ın Qeşm adasına hücumunda iki ev bunker partladan bombalarla vurulub. Nəticədə bir ana, ata və bir uşaq həlak olub. Bu cinayətə yuxarıda qeryd etdiyimiz kimi çox sərt cavab verdik. Bizim bölgəmiz gecələr yatan günahsız ailələri amansızcasına qətlə yetirən uşaq öldürən ordu üçün sınaq yeri deyil. Mübarizəmiz Amerika işğalçıları İslam torpaqlarından qovulana qədər davam edəcək".

Xatırladaq ki, ABŞ bu gün səhərə yaxın  İranın Əbu Musa və Kiş adaları, eləcə də Hörmüz boğazının sərhədindəki Qeşm adasına zərbələr endirib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR