CHP-dən istefa verən İzmirin bələdiyyə sədri AKP-yə keçir? - "Mən bu ölkəyə heç vaxt xəyanət etmərəm"

CHP-dən istefa verən İzmirin bələdiyyə sədri AKP-yə keçir? - \"Mən bu ölkəyə heç vaxt xəyanət etmərəm\"

DÜNYA

Bugün, 14:31

CHP-dən istefa verən İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cəmil Tuqayın 14 avqustda AK Partiyaya qoşulacağı haqda saysız təkzib olunmayan xəbərlər yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu iddialar hər gün daha yüksək səslə səsləndirilsə də, Cəmil Tuqay bu günə qədər susub.

Məlumata görə, o, bu gün ümumi şəkildə yayılan xəbərə şərh verib. 

İzmirdə işçilərlə görüşən Cəmil Tuqay deyib ki, heç vaxt ölkəyə xəyanət etməyib: "Mən bu ölkəyə heç vaxt xəyanət etmərəm. Belə bir xəyanətdə iştirak edən hər kəsə qarşı mübarizə aparacağam. Kim özünü hansı tərəfdə təyin etməsindən asılı olmayaraq, mənim üçün vacib olan tək şey sizin dostluğunuz, inancınız və həmrəyliyinizdir.  İstədiyim şey sizin alqışlarınız deyil, qəlblərinizdəki etibar və razılıqdır. Gəlin bir-birimizə inanaraq həmrəylik içində hərəkət edək. Millət bizi bu vəziyyətə gətirib çıxardı. Birlikdə əl-ələ verəcəyik"

F.SƏFƏRLİ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR