Türkiyədə saxlanılan vali əleyhinə paylaşım edənləri döydürürmüş  

Türkiyədə saxlanılan vali əleyhinə paylaşım edənləri döydürürmüş  

KRİMİNAL

Bugün, 10:37

Türkiyədə 18 yaşlı tələbə Gülüstan Dokunun ölüm işinə görə oğlu, arvadı ilə birgə həbs edilən Tunceli şəhərinin valisi Tuncay Sonellə bağlı sensasion fakt üzə çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gecə valinin cinayət işi ilə bağlı daha iki nəfər saxlanılıb.

Məlumata əsasən, vali haqqında araşdırma aparılarkən onun bu ki nəfər vasitəsiylə sosial mediada əleyhinə paylaşım edənləri taparaq döydürməsi, hətta ağır işgəncələr verdirməsi müəyyən olunub.

Məlumatda deyilir ki, valinin bu cür qanunsuz əmrlərini icra edənlərdən biri polis zabiti Gökhan Ertok olub…

Xatırladaq ki, Tuncay Sonel 1970-ci ildə Adanada anadan olub.

O, 2026-cı ilin aprel ayında universitet tələbəsi Gülüstan Dokunun 5 yanvar 2020-ci ildə Tuncelidə itkin düşməsi ilə bağlı açılan cinayət işində "cinayət sübutlarını məhv etmək, gizlətmək və ya dəyişdirmək" ittihamı ilə həbs olunub. Onun oğlu Mustafa Türkay Sonel, həyat yoldaşı Handan Sonel də daxil olmaqla həmin vaxtı 15 şübhəli tutulub.

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR