İstanbulda ictimai nəqliyyatda gedişhaqları qalxdı – Yeni qiymətlər  

İstanbulda ictimai nəqliyyatda gedişhaqları qalxdı – Yeni qiymətlər  

İQTİSADİYYAT

Bugün, 18:55

Türkiyənin döyünən qəlbi sayılan İstanbulda ictimai nəqliyyatda gediş haqları bahalaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Şəhər Bələdiyyə Məclisi qərar çıxaırb.

Qərara əsasən, bütün növ ictimai nəqliyyatlarda - avtobuslar, metro, metrobuslar, mikroavtobuslar və vapur/bərələrdə gediş haqları 10 faiz artırılıb: “Bununla da avtobuslarda məsavəyə uyğun ən ucuz gediş haqqı 42 lirədən 46.20 lirəyə yüksəlib”.

Beləliklə, digər nəqliyyatlar üzrə gediş haqları belə müəyyənləşib:

Aylıq Mavi Kart (Abunə): 3298 TL-dən 3628 TL-yə;

Tələbələr üçün aylıq abunə kartı: 593 TL-dən 653 TL-yə;

Metrobüs (1 dayanacaq): 30.07 TL-dən 33.08 TL-yə;

Metrobüs (34-43+ dayanacaq): 62.35 TL-dən 68.59 TL-yə:

Marmaray (1-3 Stansiya): 34 TL-dən 37,40 TL-yə;

Marmaray (36-43 Stansiya): 74,70 TL-dən 82,17 TL-yə:

Bərə/gəmilər üzrə

Üsküdar - Eminönü: 53.20 TL-dən 58.52 TL-yə

Kadıköy - Eminönü / Beşiktaş: 59,28 TL-dən 65,21 TL-yə

Bostancı - Adalar: 156,26 TL-dən 171,89 TL-yə.

Taksi və mikroavtobuslar (“Dolmuş”) üzrə:

Minmə/düşmə 210 TL-dən 230 TL-yə

Taksi üçün başlanğıc haqqı: 65.40 TL-dən 71.94 TL-yə (Kilometr başına məsafə haqqı 43.56 TL-dən 47.92 TL-yə).

Mikroavtobusun yola düşmə/minmə (0-4 km): 39 TL-dən 43 TL-yə; (Tələbə və şagirdlər üçün  25 TL-dən 28 TL-yə).

Məlumatda o da deyilir ki, bu qərara bələdiyyədə təmsil olunan Ərdoğanın lideri olduğu AK Partiya üzvləri  etiraz edib. Lakin CHP-lilərin səs çoxluğu ilə bahalaşmanı rəsmiləşdiriblər: “Qərar iyulun 20-dən qüvvəyə minəcək”

Hüseyn Namazov

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR