Əvvəl arvadını, sonra özünü bıçaqlayıb - Ucarda

 Əvvəl arvadını, sonra özünü bıçaqlayıb - Ucarda

KRİMİNAL

Bugün, 15:32

Ağcabədi rayonunda qadın və həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıblar.

Mia.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə dünən günorta saatlarında rayonun Ağabəyli kəndində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev və həyat yoldaşı - 1999-cu il təvəllüdlü Mehparə Ağayevaya əməliyyat olunublar.

İlkin ehtimala görə, Ə.Ağayev əvvəlcə arvadı M.Ağayevanı bıçaqlayıb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR