İstanbulda kriminal dəstələrə qarşı əməliyyat: 74 nəfər saxlanılıb

İstanbulda kriminal dəstələrə qarşı əməliyyat: 74 nəfər saxlanılıb  

KRİMİNAL

Bugün, 09:43

Türkiyənin 12 şəhərində kriminal dəstələrə qarşı genişmiqyasılı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, Prokurorluqla birgə əməliyyatla həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərən "qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, ictimai təhlükəsizliyə qəsdən təhlükə yaratmaq və əmlaka zərər vurma" kimi müxtəlif cinayətlərdə rol alan cinayətkar dəstə üzvlərinin şəxsiyyətləri və ünvanları müəyyən olunub:

“Bundan sonra İstanbul, Konya, Sakarya, Adana, Ağrı, Bingöl, Şanlıurfa, Tekirdağ, Muğla, İzmir, Afyon və Elazığda dörd ayrı criminal dəstəyə qarşı həbs əməliyyatlarına start verilib. Ümumilikdə 74 şübhəli saxlanılıb, bəziləri axtarışa verilib. İstintaq davam edir”

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR