AB və NATO-dan birgə mesaj: "Güclü Avropa güclü NATO deməkdir" – “Ukraynanın döyüş təcrübəsi var”  

AB və NATO-dan birgə mesaj: \"Güclü Avropa güclü NATO deməkdir\" – “Ukraynanın döyüş təcrübəsi var”  

GÜNDƏM

Bugün, 19:05

NATO-nun baş katibi Mark Rutte, Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Birliyi (AB) Şurasının sədri Antonio Kosta NATO ilə AB arasında birlik mesajı veriblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə fon der Leyen və Kosta Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısının ilk günündə jurnalistlərə danışıblar.

Mark Rutte çıxışında dayanıqlıq, infrastruktur və müdafiə sənayesi sahələrində, o cümlədən maliyyə sahəsində inkişafın NATO üçün müstəsna əhəmiyət daşıdığını deyib və AB-nin buna sadiq qalmasının əsas olduğunu bildirib. O, AB-nin 27 üzvündən 23-nün NATO üzvü olduğuna diqqət çəkib: "Biz Rusiya təhlükəsi ilə üzləşirik. Bilirik ki, ruslar Şimali Koreya, Çin və İranla işləyirlər; biz sadəlövh ola bilmərik. Biz təhlükəsizliyimiz naminə bir olmalıyıq”

Avropa Şurasının prezidenti Antonio Kosta NATO ilə AB arasındakı strateji əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu xüsusi vurğulayıb. O, üzv dövlətlərin öhdəliklərini yerinə yetirdiyini, Avropanın öz müdafiəsi üçün daha çox məsuliyyət götürdüyünü və götürəcəyini qeyd edib

Vor der Leyen isə çıxışında "Güclü Avropa güclü NATO deməkdir" mesajı verib: "Bu məqsədlə, daha güclü müdafiə sənayesi üçün 2030-cu ilə qədər 800 milyard avro ayırdıq. Biz yalnız güclü müdafiə sənayesi bazasına sahib olmaq deyil, həm də Ukrayna ilə daha çox birgə müəssisələrdə iştirak etmək istəyirik, çünki onlar yüksək innovativdirlər və döyüş təcrübəsi var. Əlbəttə ki, biz həmçinin AB daxilində daha çox birgə satınalma istəyirik, çünki bu, qarşılıqlı fəaliyyət deməkdir."

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR