Rutte Ankarada “32 ölkənin aktivlərini bir araya gətiririk”  

Rutte Ankarada “32 ölkənin aktivlərini bir araya gətiririk”  

DÜNYA

Bugün, 16:42

"Heç bir ölkə sənaye inqilabına təkbaşına nail ola bilməz. Bunu birlikdə etməliyik. Biz NATO-yuq. İmkanlarımızı, texnologiyamızı, sənayemizi, bir sözlə, 32 ölkənin aktivlərini bir araya gətiririk".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və milli müdafiə naziri Yaşar Güler ilə birlikdə 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində çıxış edərkən deyib.

O, Dünya Kuboku oyunlarına işarə edərək, NATO-nu da komanda oyunu sayıb: “Heç bir komanda yalnız bir oyunçu sayəsində qalib gələ bilməz. Qapıçılara, müdafiəçilərə, yarımmüdafiəçilərə və hücumçulara ehtiyac var. Düzdür, əsasən qol vuranlar diqqəti çəkir. Lakin qələbənin əsas memarı tək o deyil, əvəzedicilər, məşqçilər və analitiklər, bir sözlə, pərdəarxası işləyən hər kəsdir. Heç kimin təkbaşına qalib gəlmir. Eyni hal NATO üçün də keçərlidir”.

Rutte qeyd edib ki, təkcə ötən il Avropa və Kanada əvvəlki ilə nisbətən müdafiəyə 20 faiz daha çox pul xərcləyiblər: "Söhbət əlavə 139 milyard dollardan gedir. 2025-ci ilə baxanda və bunu 2026-cı illə birləşdirəndə, yenidən Kanada və avropalılara baxanda 258 milyard dollar artım görürük. Biz qalib gəlmək istəyiriksə, komandamızın bütün üzvləri öz töhfələrini verməlidirlər"

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR