Tramp NATO üzvlərinin xərclərini paylaşdı: "Biz bu vəziyyəti dəyişməliyik"

Tramp NATO üzvlərinin xərclərini paylaşdı: \"Biz bu vəziyyəti dəyişməliyik\"

DÜNYA

Bugün, 17:31

7-8 iyul tarixlərində Türkiyənin Ankara şəhərində keçiriləcək 36-cı NATO Zirvəsi ərəfəsində  ABŞ Prezidenti Donald Tramp yenə Alyans üzvlərinə “replika” atıb”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, NATO üzvlərini xərcəri ilə bağlı rəqəmləri paylaşaraq Amerikanın daha çox pul xərcləməsinin doğru olmadığını deyib.

"ABŞ NATO-ya digər ölkələrdən daha çox pul xərcləyir və heç bir fayda əldə etmədən onları qoruyur", - deyən Tramp bildirib ki, ölkəsi 999 milyard dollarlıq büdcə ilə rəqibləri ilə müqayisədə hədsiz vəsait xərcləyir:

“İndisə bizdən sonra xərcləyən NATO ölkələrinin ayırdığı vəsaitə baxın:

Britaniya: 90,5 milyard dollar

Fransa: 66,5 milyard dollar

İtaliya: 48,8 milyard dollar

Polşa: 44,3 milyard dollar

Bu, yetərli deyil! ​​Almaniya da daxil olmaqla digər Avropa ölkələrinin cəmi ABŞ-dan çox geridə qalır”.

ABŞ lideri bu vəzyyətin dəyişməsini vacib sayıb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR