Əli Əsədov iki yeni qərar imzaladı - Peşə təhsili  üzrə yeni ixtisaslar yaradıldı,  elektron icra isə.. (YENİLƏNİB)

Əli Əsədov iki yeni qərar imzaladı - Peşə təhsili  üzrə yeni ixtisaslar yaradıldı,  elektron icra isə.. (YENİLƏNİB)

GÜNDƏM

Bugün, 15:04

Nazirlər Kabineti "Elektron icra" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə 12 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra xüsusi icra məmurları tərəfindən icra sənədlərinin qeydiyyatının aparılması, barəsində icra hərəkətləri həyata keçirilən əmlakın uçotunun aparılması, icra icraatı ilə bağlı qərarların, aktların, protokolların və digər sənədlərin informasiya sisteminə daxil edilməsi ilə sözügedən informasiya sistemi ilə təmin ediləcək.

***

Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edilib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərara əsasən, Təsnifatda yeni ixtisaslar əlavə olunub. Onlar aşağıdakılardır:

- "Tədbirlərin planlaşdırılması və təşkili", "Satış və marketinq" və "Satınalmaların

təşkili",

- "Mexatronika" və "İstehsalata rəqəmsal nəzarət sistemləri";

- "Rəqəmsal məzmun idarəçiliyi" və "3D rəqəmsal oyun dizayneri",

- "Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik".

- "Geodeziya və kartoqrafiya".

- "Qida emalı texnologiyaları",

- "Rəqəmsal inşaat üzrə mütəxəssis",

- "Elektrik sayğacları texniki".

***

Peşə təhsili ixtisasları üzrə xərcləri miqdarı müəyyənləşib.

Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun müvafiq Qərarı ilə "Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı"nın və "Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2023-cü il14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilib.

Qərara əsasən, qaydalara aşağıdakı məzmunda 169-193-cü hissələr əlavə edilib:

169. 3D rəqəmsal oyun dizayneri - 1 860

170. Alternativ enerji qurğu və avadanlıqlarının istismarı - 2 470

171. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üzrə operator - 1 280

172. Bədii tikmə ustası - 1 930

173. Daş memarlıq abidələrinin bərpaçısı - 1 650

174. Dronların texniki xidməti və təmiri üzrə texnik - 2 390

175. Elektrik sayğacları texniki - 2 580

176. Elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik - 2 710

177. Günəş panelləri quraşdırıcısı və təmirçisi - 2 580

178. İstehsalata rəqəmsal nəzarət sistemləri - 2 180

179. Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis - 1 340

180. Mexatronika - 2 710

181. Musiqi alətlərinin ustası - 2 336

182. Qida və içki üzrə nəzarətçi - 2 210

183. Rəqəmsal inşaat üzrə mütəxəssis - 1 880

184. Rəqəmsal məzmun idarəçiliyi - 1 860

185. Satış və marketinq - 1 360

186. Suvarma maşınları və nasos qurğuları maşinisti - 2 388

187. Tədbirlərin planlaşdırılması və təşkili - 1 590

188. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər - 2 570

189. Kompüter sistem inzibatçısı - 1 440

190. Geodeziya və kartoqrafiya - 1 650

191. Satınalmaların təşkili - 1 340

192. Qida emalı texnologiyaları - 2 210

193. Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik - 2 200.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR