"Beşiktaş”dan “Fənərbağça”ya sürpriz həmlə: xorvat qappçını istəyirlər

\"Beşiktaş”dan “Fənərbağça”ya sürpriz həmlə: xorvat qappçını istəyirlər  

İDMAN

Bugün, 15:25

“Beşiktaş” transfer hüquqları “Fənərbağça”ya məxsus olan xorvatiyalı qolkiper Dominik Livakoviçi heyətinə qatmaq istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Beşiktaş”ın yeni baş məşqçi Vinçenzo İtaliano Livakoviçin transferinə müsbət rəy verib.

Məlumata görə, bundan sonra “Fənərbağça” ilə danışıqlar başlayıb.

İddialara görə, 31 yaşlı xorvat qapıçı “Fənərbağça”ya bird aha dönmək istəmədiyindən "Beşiktaş"ın təklifinə isti yanaşır.

Onu da qeyd edək ki, DŞ-2026-da millinin heyətində oynayan Dominik Livakoviç əla oyunu ilə diqqət mərkəzinə düşüb.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR