Bələdiyyə sədri, anası və sabiq deputat saxlanıldı – Türkiyədə

Bələdiyyə sədri, anası və sabiq deputat saxlanıldı – Türkiyədə  

SİYASƏT

Bugün, 08:35

Türkiyənin İzmir şəhərində bu gün sübh tezdən diqqətçəkən həbslər həyata keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmir Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində CHP-lilərin üstün olduğu şəhərin Balçova Bələdiyyəsinin sədri Onur Yiğit, anası Məryəm Yiğit, Güzelbahçe Bələdiyyə Şurasının üzvü və CHP-nin İzmirdən sabiq deputatı Doğuş Bayır və daha bir neçə nəfər saxlanılıb.

Əməliyyatın təfərrüatları açıqlanmayıb, lakiin onların korrupsiya ittihamı ilə saxlanılmaları haqda iddialar var.

Xatırladaq ki, Onur Yiğit 1 yanvar 1984-cü ildə İzmirin Balçova rayonunda anadan olub.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR