Əkin sahələrinin könüllü birləşdirilməsi, alqı-satqısı: yeni qanun hazırlanıb - Nələr olacaq?
İQTİSADİYYAT
23.06.2026, 10:59
Azərbaycanda torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi baza formalaşdırılması nəzərdən tutulur.
Mia.az xəbər verir ki, bu məqsədlə Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi planlaşdırılır.
Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.
İclasda qeyd olunub ki, Torpaq Məcəlləsində dəyişiklik kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanmasının qarşısını almaq, torpaq resurslarından tam istifadə etmək məqsədi daşıyır. Çünki, parçalanma torpağın əkin məqsədilə istifadəsini azaldır, texnikadan səmərəli yararlanmaya mane olur, effektiv suvarma sistemleri qurulmasını çətinləşdirir, toxum, gübrə və digər aqrotexniki vasitələrdən məqsədyönlü istifadəni zəiflədir.
Nəticədə istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır. Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir. Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi, eləcə də ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi kimi müəyyən edir.
Konsolidasiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı komissiyanın qərarı əsasında hazırlanan layihə ilə həyata keçirilir. Layihədə torpaq sahələrinin mövcud vəziyyətinin təhlili, yeni sərhəd-yerləşmə sxeminin mülkiyyətçilərlə razılaşdırılması, infrastruktur dəyişiklikləri əks etdirilir. Komissiyanın qərarı ilə təsdiq olunan bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir. Bu mexanizm konsolidasiya prosesinin şəffaf, mübahisəsiz və hüquqi cəhətdən etibarlı şəkildə başa çatdırılmasını təmin edir.
Layihə torpaq parçalanmasının yeni formada davam etməsinin qarşısını almaq məqsədilə kənd təsərrüfatı torpaqlarının alqı-satqı və digər özgəninkiləşdirmə yolu ilə bölünməsinə yalnız nəticədə yaranan hər bir sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda yol verir. Bu məhdudiyyət kiçik, qeyri-səmərəli sahələrin yenidən yaranmasının qarşısını alır.
Bundan başqa, torpaqların könüllü konsolidasiyasını stimullaşdırmaq məqsədilə Mülki Məcəlləyə yeni 648-1-ci maddə əlavə edilir: kənd təsərrüfatı torpaq sahəsi satışa çıxarıldıqda həmin sahə ilə bilavasitə ümumi sərhədə malik torpaq sahəsi mülkiyyətçiləri həmin sahəni eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik olurlar. Bu norma qonşu torpaq sahiblərinin öz sahələrini genişləndirməsinə, beləliklə konsolidasiyaya təbii bazar mexanizmi vasitəsilə nail olunmasına şərait yaradır.
Miras yolu ilə torpaq parçalanmasının qarşısını almaq üçün isə Məcəllənin 1 282-ci maddəsinə dəyişiklik edilir: vərəsəlik zamanı kənd təsərrüfatı torpağının bölünməsinə yalnız hər bir hissənin 5 hektardan az olmaması şərti ilə yol verilir. Bölgü mümkün olmadıqda torpaq təsərrüfatla birlikdə satıla, vərəsələr isə paylarını pul şəklində ala bilərlər. Bundan əlavə, konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına daxil edilir.
"Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" qanunda dəyişikliklə isə konsolidasiya prosesinin texniki tərəfini torpaq sahələrinin yeni sərhədlərinin yerdə müəyyən edilməsini, kadastr məlumatlarının yenilənməsini və infrastruktur planlaşdırmasını tənzimləmək üçün yerquruluşu xidmətinin funksiyaları genişləndirilir. Kadastr məlumatları ilə yerdəki faktiki vəziyyət arasındakı uyğunsuzluqların aradan qaldırılması, konsolidasiya ərazilərində yeni infrastruktur obyektlərinin planlaşdırılması bu xidmətin səlahiyyətlərinə daxil edilir. Konsolidasiya ilə bağlı kompleks yerquruluşu işlərinin komissiyanın qərarı əsasında həyata keçirilməsi, yeni formalaşmış sahələrin mülkiyyətçilər arasında bölüşdürülməsi proseduru da müəyyən edilir.
"Torpaq bazarı haqqında" qanunda dəyişikliklə isə konsolidasiya məqsədilə həyata keçirilən torpaq əqdlərinin xüsusi hüquqi rejimə ehtiyacı olduğundan həmin əqdlər torpaq bazarının tənzimləmə çərçivəsinə daxil edilir. Bu dəyişiklik konsolidasiya prosesinin torpaq dövriyyəsi qaydaları ilə ziddiyyət yaratmadan həyata keçirilməsini, əqdlərin hüquqi müəyyənliyini və şəffaflığını təmin edir.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklə isə konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına əlavə edilir. Bu, konsolidasiya nəticəsində yaranan yeni torpaq sahələri üzərindəki hüquqların operativ və maneəsiz qeydiyyata alınmasını təmin edir.
Qanun layihəsi torpaqların konsolidasiyasının həyata keçirilməsi üçün vahid hüquqi əsas formalaşdırır. Layihənin hazırlanmasında geniş miqyasda torpaq konsolidasiyası təcrübəsinə malik ölkələrin, o cümlədən Türkiyənin, habelə digər ölkələrin hüquqi aktları və prinsipləri təhlil edilərək yerli şəraitə uyğunlaşdırılıb. Sənədin qəbulu kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq resurslarından səmərəli istifadənin təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Papa XIV Leo xəstəxanaya yerləşdirildi: "Düzünü desəm, narahatam, çünki..."
Bugün, 22:55 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" tarixi qələbə qazandı (Yenilənib)
Bugün, 22:45 İDMAN
-
Ankaradan gələn "fərman" Bakıdan sərt cavab – Kimsə Sultan deyil, Türkiyə də Osmanlı…
Bugün, 22:43 GÜNDƏM
-
Trampın keçmiş gəlini vəzifədən azad edildi - Açıqlamalar
Bugün, 21:13 DÜNYA
-
Trampdan Rusiya ilə Ukrayna arasında son anlaşmaya reaksiya: "Hər iki tərəf atəşkəsi pozub"
Bugün, 20:54 GÜNDƏM
-
Naxçıvanda maraqlı təbiət hadisəsi... - FOTOLAR
Bugün, 19:28 GÜNDƏM
-
Rıdvan Dilmendən "Qalatasaray" - "Barselona" matçı ilə bağlı proqnoz: "Onlar ən azı 2-3 dəqiq qol imkanına sahib olacaq"
Bugün, 19:20 İDMAN
-
UEFA Fatih Terimə vəzifə verdi
Bugün, 19:08 İDMAN
-
Türkiyə və İran XİN başçıları müzakirə aparıb
Bugün, 19:02 DÜNYA
-
Fələstinin erməni əsilli XİN başçısı Bakıya gəlir
Bugün, 18:59 GÜNDƏM
-
İki tələbə imtahana süni intellektlə işləyən eynəklərlə girib
Bugün, 18:07 DÜNYA
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ - Hansı qanunlar dəyişir? (SİYAHI)
Bugün, 18:00 GÜNDƏM
-
Şeyx son gərginlikdən danışdı: "Amma kiminsə gözü bunu götürmür, görmür və görmək istəmirsə..."
Bugün, 17:48 SİYASƏT
-
Qara dənizdə azərbaycanlıların olduğu iki gəmiyə hücum oldu - Rəsmi Bakıdan bəyanat
Bugün, 17:33 GÜNDƏM
-
Milli Məclis bəyanat yaydı: "Təəssüflə qeyd etmək istəyirik ki, AK Parti iqtidarı..."
Bugün, 17:32 SİYASƏT
-
Qırğızıstan və Özbəkistan prezidentləri sabah Azərbaycana gəlir
Bugün, 17:30 GÜNDƏM
-
Tedesco türk klubunun tıklifinə "yox" dedi
Bugün, 17:23 İDMAN
-
Serenay Sarıkayaya milyon dollarlıq təklif gəlib
Bugün, 17:17 ŞOU-BİZNES
-
Azərbaycan və Laos prezidentləri görüşdü, birgə bəyanat verildi, yeni sənədlər imzalandı - FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Kamboca arasında hərbi əməkdaşlıq perspektivləri müzakirə olunub
Bugün, 16:47 GÜNDƏM
-
YAP İdarə Heyəti yeni heyətlə toplanır
Bugün, 16:18 SİYASƏT
-
Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər
Bugün, 16:16 CƏMİYYƏT
-
Məktəbə daş atıldı, iki şagird xəsarət aldı - TƏBİB-dən açıqlama
Bugün, 16:08 CƏMİYYƏT
-
Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: "Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır" + VİDEO
Bugün, 16:02 SİYASƏT
-
BU VİDEO TREND OLDU: səliqəli məktəbli geyimi, xorla oxunan himnimiz... - VİDEO
Bugün, 15:53 GÜNDƏM
-
Məktəb direktorunun maşınını yandıran həbs edildi - VİDEO
Bugün, 15:35 GÜNDƏM
-
Özgür Özel onu satan və Ərdoğanın partiyasına keçən Cəmil Tuqaya "namussuz" dedi: "Kaş ki, əlim qırılaydı..."
Bugün, 15:15 SİYASƏT
-
"İran və Türkiyədən gələn dalğa Azərbaycanın milli təhlükəsizliyini təhdid edir..." - TƏHLİL
Bugün, 14:48 SİYASƏT
-
XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
Bugün, 14:25 SİYASƏT
-
İrandan Azərbaycana 124 kq narkotik keçirmək istəyiblər
Bugün, 14:25 KRİMİNAL
-
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
Bugün, 14:18 GÜNDƏM
-
Yasamalda məktəbdə yanğın törətmək istəyən 10 və 11-ci sinif şagirdləri.. - Onlar saxlanıldı
Bugün, 14:13 GÜNDƏM
-
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Bugün, 13:58 GÜNDƏM