Türkmənistan Prezidenti İlham Əliyevlə birgə Füzuli və Şuşada - VİDEO, FOTOLAR (Yenilənib)
GÜNDƏM
23.06.2026, 14:46
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada Bülbülün ev-muzeyində olublar.
Mia.az xəbər verir ki, Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonağa Bülbülün ev-muzeyi barədə məlumat verib.
Bildirib ki, atasının anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu ev Ulu Öndərin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina tikilib. Şuşanın işğalı zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran ev-muzeyinin bərpasına digər tarixi-mədəni abidələrimiz kimi, qədim şəhərimizin işğaldan azad olunmasından sonra başlanılıb. Həyətdə Bülbülün yeni büstü ucaldılıb.
Bununla yanaşı, Şuşanın işğalı dövründə vandalizmə məruz qalmış büst də erməni işğalçılarının mədəni irsimizə qarşı törədilmiş cinayətlərin əyani sübutu kimi burada saxlanılır.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
Mia.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır.
Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın dəstəmazxanalarından ibarət olacaq. Məscidin hündürlüyü 73 metr olacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi kimi 11 rəqəmini simvolizə edəcək.
Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Məscidin tikintisi "Paşa Holdinq"in dəstəyi ilə reallaşır.
Yeni inşa edilən məscid Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm layihələrindən biri olmaqla, Qarabağın dirçəlişini və xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.
Mia.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verib.
Bildirilib ki, təməli 2021-ci ildə Azərbaycan dövlət başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə iyirmi üç bina inşa edilib.
Yaşayış kompleksindəki 450 mənzildən 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar.
Burada genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb.
***
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentləri İlham Əliyevlə Sərdar Berdiməhəmmədovun Şuşa şəhərində birgə gəzintisindən görüntülər paylaşıb.
Mia.az xəbər verir ki, H.Hacıyevin “X” hesabında edilən paylaşımda həmçinin deyilir:
“İki qardaş ölkənin – Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımız arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olmaqla yanaşı, strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir”.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada gəzinti zamanı şəhərin balaca sakinləri ilə görüşüblər.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı İlham Əliyev balaca sakinlərlə səmimi söhbətindən sonra onlarla foto çəkdirib.
***
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti Məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar.
Mia.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə Türkmənistan Prezidentinə məlumat verib.
Bildirilib ki, vaxtilə sıx məskunlaşmış və inkişaf edən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək viran qoyulub. İşğaldan azad ediləndən sonra qısa müddətdə şəhərin Baş planı hazırlanıb və dövlət başçısı tərəfindən təsdiqlənib. Füzuli böyük nəqliyyat-logistika potensialına malik olmaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur. Müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə "Ağıllı şəhər" konsepsiyası tətbiq olunacaq.
Ali qonağa Türkmənistan tərəfindən Füzulidə inşa olunan məscid barədə də məlumat verilib.
Qeyd edilib ki, bu məscidin təməlini Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının ötən ilin oktyabrında Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları onlayn formatda qoyublar.
Məscid kompleksinin ümumi ərazisi 1 hektardan çoxdur. Məscidin hər biri 40 metrdən ibarət 2 minarəsi olacaq. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcək.
***
Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib.
Mia.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşılayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
Bugün, 00:04 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
YAP-da gözlənilməz görüş - Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə nələri müzakirə etdi?
24.10.2026, 23:43 SİYASƏT
-
Prezident və ailə üzvləri "FIFA U-15 World Cup and Festivalı"nın rəsmi açılışında - FOTOLAR (Yenilənib)
24.10.2026, 22:34 GÜNDƏM
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO
24.10.2026, 21:35 GÜNDƏM
-
Xətaidə kütləvi dava: “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, deputatın oğlu və... - DTX-dən əməliyyat + VİDEO, FOTOLAR (YENİLƏNİB)
24.10.2026, 19:36 KRİMİNAL
-
Gəncədə 60 yaşlı qadın bıçaqlandı
24.10.2026, 18:02 KRİMİNAL
-
Kirayə mənzil mexanizmində yeni qaydalar: Əlçatanlıq artır, yoxsa maliyyə intizamı sərtləşir?
24.10.2026, 17:22 İQTİSADİYYAT
-
Dilarə Əliyeva ARB rəhbərinin müşaviri təyin olundu
24.10.2026, 17:13 PRESS
-
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidentinin başına güllə çaxıldı - Saxlanılanların arasında iki türk də var
24.10.2026, 16:32 KRİMİNAL
-
Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24.10.2026, 15:03 GÜNDƏM
-
Xəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı - Nə baş verir?
24.10.2026, 12:30 GÜNDƏM
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
24.10.2026, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
24.10.2026, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
24.10.2026, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
24.10.2026, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
24.10.2026, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.10.2026, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT
-
Dövlət Baxçalı qurultaya gedir
23.10.2026, 18:28 SİYASƏT
-
Yılmaz Vural Türkiyədə futbol klubu alıb
23.10.2026, 18:20 İDMAN
-
Klub prezidentindən futbolçulara sərt xəbərdarlıq: "Özünüzü əfv etdirmək istəyirsinizsə..."
23.10.2026, 18:12 İDMAN
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
23.10.2026, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
23.10.2026, 18:00 GÜNDƏM