Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
İDMAN
Bugün, 10:26
Beynəlxalq Olimpiya Komitəsi (BOK) London-2012 Yay Olimpiya Oyunlarında qadınların 800 metr məsafəyə qaçış yarışının nəticələrini yenidən nəzərdən keçirərək medal bölgüsündə dəyişiklik edib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, BOK-un bəyanatına görə, bu, həmin Oyunlarda gümüş medal qazanan rusiyalı idmançı, azərbaycanlı dünya çempionu Ramil Quliyevin həyat yoldaşı Yekaterina Quliyevanın diskvalifikasiyası ilə əlaqədardır.
Qərara əsasən, Y.Quliyevanın (keçmiş soyadı Poistoqova) nəticələri ləğv olunub və o, Olimpiya medalından məhrum edilib.
Xatırladaq ki, London Olimpiadasında ilk olaraq qızıl medalı rusiyalı Mariya Savinova qazanmış, Cənubi Afrika Respublikası təmsilçisi Kaster Semenya ikinci, Yekaterina Poistoqova isə üçüncü yeri tutmuşdu.
Lakin Savinova 2015-ci ildə dopinq qaydalarını pozduğu üçün iki il sonra, 2017-ci ildə qızıl medalından məhrum olunub. Bundan sonra qızıl medal Semenyaya verilib, Poistoqova isə gümüş medalçı elan edilib.
Həmin il Poistoqova da dopinq pozuntularına görə iki il müddətinə diskvalifikasiya edilsə də, İdman Arbitraj Məhkəməsinin qərarı ilə Olimpiya medalını qoruyub saxlamışdı.

Lakin 2024-cü ilin aprelində Rusiya Atletika Federasiyası Moskva Antidopinq Laboratoriyasının məlumatları əsasında idmançını yenidən cəzalandıraraq 2026-cı ilin martınadək diskvalifikasiya edib. Onun əvvəlki nəticələri, o cümlədən London Olimpiadasında qazandığı gümüş medal da ləğv olunub.
Quliyeva bu qərardan apellyasiya şikayəti versə də, müraciəti 2025-ci ilin mayında rədd edilib. Bundan sonra BOK yarışın yekun nəticələrini yenidən dəyişdirmək qərarına gəlib.
Yeni qərara əsasən, London-2012 Olimpiadasında qadınların 800 metr məsafəyə qaçışında gümüş medal Keniyalı Pamela Celimoya, bürünc medal isə amerikalı Alisiya Montanoya təqdim ediləcək.
Qeyd edək ki, Yekaterina 2019-cu ildə Türkiyədə yaşayan məşhur Azərbaycan atletika idmançısı və 2017-ci il dünya çempionu Ramil Quliyevlə ailə qurub, daha sonra Türkiyə vətəndaşlığını qəbul edərək Quliyeva soyadını götürüb. O, 2021-ci ildən etibarən beynəlxalq arenada Türkiyəni təmsil edir. R.Quliyev isə “Fənərbaxça”da atletika şöbəsinə rəhbərlik edir.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah yağış yağacaq
Bugün, 12:33 CƏMİYYƏT
-
Keçmiş İsrail Baş naziri: “Əsgərlərimizə Livanda atəş açmaq qadağan olunub”
Bugün, 12:29 DÜNYA
-
İstanbuldakı Azərbaycan məktəbində şiddət qalmaqalı - VİDEO
Bugün, 12:24 CƏMİYYƏT
-
Türkmənistan Prezidenti İlham Əliyevlə birgə Füzuli və Şuşada - VİDEO, FOTOLAR (Yenilənib)
Bugün, 12:24 GÜNDƏM
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
Bugün, 12:01 SİYASƏT
-
Hikmət Hacıyev: "...bu, strateji tərəfdaşlığımızın ortaq iradəsini əks etdirir"
Bugün, 11:57 SİYASƏT
-
Space TV-də müşavir təyinatı oldu
Bugün, 11:57 PRESS
-
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub: "Səbəb izah edilmədi..."
Bugün, 11:48 SİYASƏT
-
"Qaz təchizatı sisteminə dair Qaydalar" təsdiqləndi - Dəyişiklik
Bugün, 11:41 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi Saatlıda müşavirədə: "Bu islahatlar Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə aparılıb"
Bugün, 11:41 GÜNDƏM
-
Bu şəxslər vurulmuş ziyanı tam ödədikdə, məsuliyyətdən azad olunacaqlar - Cinayət Məcəlləsi dəyişir
Bugün, 11:15 İQTİSADİYYAT
-
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun dəyişir - Qadağalar olacaq
Bugün, 11:11 PRESS
-
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir - DETALLAR
Bugün, 11:04 İQTİSADİYYAT
-
Daşınmaz əmlakın kadastr uçotu yeni sistemlə aparılacaq
Bugün, 11:02 CƏMİYYƏT
-
Əkin sahələrinin könüllü birləşdirilməsi, alqı-satqısı: yeni qanun hazırlanıb - Nələr olacaq?
Bugün, 10:59 İQTİSADİYYAT
-
İnzibati Xətalar Məcəlləsi yenə dəyişir - Daha bir sahədə cərimə olacaq
Bugün, 10:55 GÜNDƏM
-
Peşə tanınması imtahanının nəticələri açıqlanıb
Bugün, 10:54 GÜNDƏM
-
Ankarada NATO sammitinin təhlükəsizliyi ilə bağlı əməliyyatı - 209 nəfər saxlanılıb
Bugün, 10:31 DÜNYA
-
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Bugün, 10:26 İDMAN
-
Keçmiş icra başçısına yeni vəzifə verildi
Bugün, 10:24 SİYASƏT
-
Keçmiş “Azərsu”yun təşkilati forması yenə dəyişdi: yeni sədr kim olacaq? – Qruplaşmalar arasında savaş qızışır
Bugün, 10:18 CƏMİYYƏT
-
Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti təkmilləşdirilir
Bugün, 10:06 İQTİSADİYYAT
-
Azərbaycan nefti daha 2.5 dollar ucuzlaşdı
Bugün, 09:53 İQTİSADİYYAT
-
Tramp Netanyahuya qəzəbləndi - İsrailə qadağalar qoyulub
Bugün, 09:36 DÜNYA
-
Fuad Məmmədov vəzifəsindən ayrılıb
Bugün, 09:22 CƏMİYYƏT
-
DÇ-2026-da tarixi oyun: matç 3 saat 50 dəqiqəyə bitdi
Bugün, 09:07 İDMAN
-
DÇ-2026: Əlcəzair ilk 3 xalını qazandı
Bugün, 09:00 İDMAN
-
Tramp: "İranın başqa yolu yoxdur"
Bugün, 00:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:04 CƏMİYYƏT
-
DÇ-2026: Messi yenə atdı, Argentina qazandı
22.06.2026, 22:59 İDMAN
-
Kəmaləddin Heydərov ərəb milyarderlə Qəbələdə - VİDEO
22.06.2026, 22:43 CƏMİYYƏT
-
İstanbulda qaçırılan vəzifəli şəxs: "300 kq qızıl istəyirdilər..."
22.06.2026, 20:40 KRİMİNAL
-
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlanıb
22.06.2026, 20:37 GÜNDƏM
-
Dolan Bakı, daşan problemlər... - Nə etmək olar?
22.06.2026, 20:34 CƏMİYYƏT